Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni bloger: "Azərbaycana gedib azərbaycanlılarla dostlaşmaq istəyirəm"

Tarix: 07-11-2018 22:05     Baxış: 3247 A- / A+
Erməni bloger: "Azərbaycana gedib azərbaycanlılarla dostlaşmaq istəyirəm"

Məşhur erməni ictimai fəal, Ermənistanda populyar olan yumoristik SOS teleproqramının müəllifi Hayk Barsegyan gözlənilməz bəyanatla çıxış edərək, Azərbaycana səfər etmək istədiyini bildirib.

Manevr.az xəbər verir ki, hər şey bu günlərdə sosial şəbəkələrdə yayılmış və sosial şəbəkələrin Ermənistan seqmentində geniş müzakirələrə səbəb olmuş Asya Xaçatryanın fotoşəkllərindən başlayıb. Həmin şəkillərdə o, azərbaycanlı Tehran Bayramovla birlikdə əks olunub. Gürcüstanda çəkilmiş bu şəkilləri Bayramov özü paylaşıb. Fotoşəkillərdən birində Azərbaycan və Ermənistan pasportları yanaşı kadra düşüb və bu erməni internet istifadəçilərini xüsusilə əsəbiləşdirib.

Ermənistanda dərhal xatırlayıblar ki, Asya Xaçatryan bu ilin əvvəllərində Dağlıq Qarabağda olarkən Xankəndində üç polis işçisinin fiziki və psixoloji təzyiqinə məruz qalmış həmin "göy rəngdə saçları olan” qızdır. Asyanın sözlərinə görə, səbəbi izah edilmədən onu polisə aparıblar və zor tətbiq ediblər. Qız bunu belə izah edir ki, polis işçilərinə onun xarici görkəmi və siqaret çəkməsi xoş gəlməyib. "Onlar hesab edirlər ki, Qarabağda qadın saçlarını göy rəngə boyamamalı və siqaret çəkməməlidir”, - Xaçatryan deyib. Ermənistan KİV-ləri xatırladır ki, Yerevana qayıtdıqdan sonra o, Baş Prokurorluğa müraciət edib.

İndi isə artıq məşhurlaşmış Asya ilə bağlı yeni qalmaqal gündəmə gəlib. Tehranla Asyanın Gürcüstanda necə dostlaşmaları müəmmalı qalsa da, onların birgə şəkilləri və həmin şəkillərin altındakı şərhlər çox səs-küy yaradıb. Məsələn, Asya yazıb ki, müharibə yox, sülh və məhəbbət istəyir. Həmçinin o qeyd edib ki, Azərbaycan dilini öyrənmək istərdi.

Ermənistanda qıza ötən qış Qarabağda baş vermiş, bəzilərinin fikrincə, qəribə hadisəni xatırladıblar və onun polis əməkdaşlarına qarşı ittihamlarını şübhə altına alıblar. Bundan başqa, internetin erməni qismində Tehran Bayramovun Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etdiyi vaxt çəkdirdiyi şəkli ortaya çıxıb ki, bu da erməniləri azərbaycanlı-erməni cütlüyünə qarşı daha dözülməz vəziyyətə gətirib.

Lakin Ermənistanda Asya Xaçatryanın tərəfini saxlayanlar da tapılıb. Onlar sayca çox az olsalar da, yox deyillər. Misal üçün, bloger Hayk Barsegyan qızın tərəfini tutub. Məşhur ictimai fəal, "Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barsegyanın oğlu bildirib ki, yalnız milliyətinıə əsaslanaraq insanı düşmən adlandırmaq olmaz.

"Hər bir insan istədiyi adamla dostluq etmək hüququna malikdir, - Asya Xaçatryanı və Tehran Bayramovu müdafiə edən Hayk Barsegyan deyir. – Mən azərbaycanlılarla normal münasibətdə olmaq, Azərbaycana getmək, onlarla ünsiyyət qurmaq istəyirəm və istəyirəm ki, azərbaycanlılar da bura gəlsinlər. İstəyirəm ki, xalqlarımız düşmən yox, dost olsun”.

Bu sözlərindən sonra Hayk Barsegyan dərhal söz hücumuna məruz qalıb. İctimai fəalı tənqid edənlərdən biri "Yeni dövran” partiyasının rəhbəri Aram Karapetyan olub. O, Barsegyanı "qəribə” adlandırıb. "Əlbəttə, istənilən adekvat insan müharibə istəmir. Lakin Azərbaycana gedərək, orada dost tapmaq ideyası qəribə görünür. Düşünmürəm ki, Azərbaycanda bu təşəbbüsü dəstəkləyən insanlar tapılsın”, - Karapetyan deyib./qaynarinfo



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar