Xəbər lenti
Mixeil Saakaşvilinin əleyhdarları Tbilisidə etiraz yürüşü keçirib - FOTOLAR
Tbilisinin mərkəzi Rustaveli prospektində 2007-ci il noyabrın 7-də baş verən hadisələrin 11-ci ildönümünə həsr olunan kütləvi etiraz yürüşü keçirilib.
7 noyabrı xatırlayırıq” şüarı altında baş tutan aksiyanı “Nasizmə yox” Hərəkatı təşkil edib.
Hərəkatda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin dövründə qətlə yetirilmiş uşaqların valideynləri, ziyan çəkmiş insanlar və nasizmin bərpasına etiraz edən gənclər təmsil olunub.
Yürüş iştirakçıları öncə Opera və Balet Teatrının binası qarşısında toplaşıblar. Onlar vətəndaşları prezident seçkilərinin ikinci turunda fəal olmağa və M.Saakaşvilinin tərəfdarlarına "yox" deməyə çağırıblar.
Çıxış edənlər Gürcüstan xalqının 7 noyabr hadisələrini unutmadığını və o dövrkü hakim qüvvələrin yenidən hakimiyyətə gəlməsinə heç vaxt razı olmayacağını bildiriblər.
Aksiyaya Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev də qoşulub. O, “Report”a açıqlamasında deyib ki, milliyətindən asılı olmayaraq bütün Gürcüstan vətəndaşları birləşməli və ölkədə 7 noyabr hadisələrinə bənzər hadisələrin təkrarlanmasına yol verməməlidirlər.
“Mişaya yox!” və “Yaşasın Gürcüstan!” şüarlarının səsləndirildiyi yürüşə Azadlıq meydanı yaxınlığında yekun vurulub. “Nasizmə yox” Hərəkatının təsisçiləri analoji aksiyaların Gürcüstanın regionlarında da təşkil olunacağını deyiblər.
Qeyd edək ki, 2017-ci ilin noyabrın 7-də Tbilisidə parlament binasının qarşısında birləşmiş müxalifətin noyabrın 2-dən etibarən keçirdiyi mitinqi polis tərəfindən gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə olunmaqla dağıdılıb. Polis və etirazçılar arasında baş vermiş qarşıdurma nəticəsində 500 nəfərdən çox insan xəsarət alıb, 30-a yaxın aksiya iştirakçısı isə polis tərəfindən saxlanılıb. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar