Xəbər lenti
ABŞ-da seçkiyə qatılan azərbaycanlı kimin oğludur?
ABŞ-da keçirilən aralıq seçkisində əslən azərbaycanlı Adil Bağırov da iştirak edir. Belə ki, həmyerlimiz Ohayo ştatının Mantqomeri vilayət şurasına üzvlük uğrunda mübarizəyə qoşulub. Respublikaçı olan Bağırovun seçkidə qalib gəlmək şansı yüksəkdir.
Manevr.azxəbər verir ki, Bağırov ABŞ-dakı seçkidə namizəd kimi iştirak edən ilk azərbaycanlı olaraq tarixə düşüb.
Bağırovun ABŞ-ın siyasi həyatında aktivliyi bir neçə il öncə başlayıb. O, 2013-cü ildə Ohayo ştatının Deyton şəhərindəki Təhsil Şurasının üzvü seçilib. Azərbaycanlı burada 14 min şagirdin təhsil aldığı 30 məktəbə və onlar üçün ayrılmış 500 milyon dollarlıq büdcəyə nəzarət edib.
Adil Bağırov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb. O, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təsisçilərindən biridir.
1978-ci ildə anadan olan azərbaycanlı gənc 2013-cü ilin aprelində türk əsilli Sevin Elekdağla ailə həyatı qurub. Onun toyunda Azərbaycan, Türkiyə və ABŞ-dan nüfuzlu şəxslər iştirak edib. Toy mərasiminə qatılanlar arasında hətta ABŞ Konqresinin Nümayəndələr Palatasının eks-spikeri Bob Linvinqston da yer alıb. Linvinqstonun Bağırovun toyunda ləzginka rəqsini oynamağa cəhd etməsi o zaman da böyük maraqla qarşılanmışdı.
Adil Bağırovun atası Toğrul Bağırov kifayət qədər nüfuzlu şəxs sayılır. Rusiyada güclü əlaqələri olan Bağırov 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "Lukoyl”, "Transneft”, "Tatneft” və digər enerji şirkətlərində məsləhətçi kimi çalışıb. Bağırov Rusiyanın “Əsrin müqaviləsi”ndə enerji maraqlarının təmini üçün vasitəçilik edib. Bunun sayəsində “Lukoyl” şirkəti müqavilədən 10% pay alıb.
Bağırov BMT-nin qlobal enerji problemləri üzrə ekspertlərindən biri kimi də tanınır. O, hazırda Moskva Beynəlxalq Neft Klubunun icraçı vitse‑prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvüdür. Ata Bağırov həmçinin 1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası baş nazirinin ştatdankənar məsləhətçisidir.
Adil Bağırovun anası Sevinc Bağırova Azərbaycanın görkəmli fiziki Həsən Abdullayevin (1918 - 1993) qızıdır. Azərbaycan Dövlət mükafatı laureatı Həsən Abdullayev 1970-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. O, fiziki sahəsində bir sıra uğurlara imza atıb: selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri var. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılıb. Termoelektrik çevriciləri üçün aldığı yarımkeçirici materiala ABŞ və Fransanın patentləri verilib.
Həsən bəy 13 monoqrafiyanın, 400-dən çox ixtiranın, onlarla dərsliyin, yüzlərlə elmi məqalənin müəllifidir.
Adil Bağırovun xalası oğlu Elin Süleymanov da yüksək vəzifədədir. O, 2011-ci ildən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.
E.Süleymanov 2005-ci ildən 2011-ci ilə kimi ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğunun 1-ci Baş konsulu vəzifəsində çalışıb./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar