Xəbər lenti
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
Günəş tacını tədqiq etmək üçün NASA tərəfindən kosmosa göndərilən "Parker Solar Probe" aparatı Günəşə yaxınlaşıb.
Manevr.az ölkə.az-a istinadən bildirir ki, bu barədə NASA-dan açıqlama verilib.
"Günəşin ölümcül istisi və radiasiyası ilə qarşılaşan "Parker Solar Probe" kosmik aparatımız Günəşə ilk yaxınlaşmasını həyata keçirib. Aparat günəşin 24 milyon kilometrliyindədir. Bu, rekord göstəricidir", - deyə açıqlamada bildirilib.
NASA-dan bildirilib ki, kosmik zond 343 min kilometr/saat sürətlə hərəkət edir. Maksimum yaxınlaşma nöqtəsində 19.9 milyon selsi dərəcə qeydə alınıb.
29 oktyabr tarixində isə alman-amerikan zondu "Hellios" Günəşə 26 milyon kilometr məsafədə yaxınlaşmışdı.
Astro fizik Yucin Parkerin şərəfinə adlandırılan "Parker Solar Probe" kosmik aparatı avqust ayında kosmosa göndərilib. 7 il ərzində Günəşin ətrafında 24 dövrə vuracaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar