Xəbər lenti
Skandal: "Mafiya ilə işbirliyindəsiniz" - Almaniyadan İrəvana rəsmi xəbərdarlıq
Almaniyanın nüfuzlu "Der Spiegel" qəzeti və araşdırmaçı Mitteldöçer Rundfunkun apardığı birgə araşdırmaya əsasən, Almaniya Federal Polis Təşkilatı təxminən üç ildir erməni mafiyasının üzvlərini saxlamağa dair gizli istintaq aparır. Erməni mafiyasının izinə düşən alman polisi Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyandan da şübhələnir.
Polis erməni mafiya qruplarını ifşa etmək üçün FATIL (Qanunvericilərə Qarşı Mübarizə) kodu adı altında xüsusi əməliyyat hazırlayıb.
Əməliyyatlar Federal Təhqiqat Xidməti, "Europol" (Avropa Polis Təşkilatı), İspaniya, Belçika, İtaliya və Fransanın hüquq-mühafizə orqanlarının köməyi ilə həyata keçirilir. Bir neçə ildir davam edən istintaq, "Der Spiegel"ə görə, Almaniyada cinayətkar dəstələrə qarşı aparılan ən böyük əməliyyatlardan biridir. Nəticədə hüquq-mühafizə orqanları erməni mafiya qruplarının Almaniyada dərin kökləri olduğunu və güclü bir şəbəkə yaratdığını aşkar edib, amma yetərli sübutların olmaması səbəbindən şübhəli şəxsləri həbs etmək mümkün deyil.
Alman nəşrinə görə, erməni cinayətkar qrupları 2014-cü ildən etibarən hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Erməni mafiyası həmin il Türingen əyalətində yerləşən Erfurtdakı bir kazinoda iki erməni klanı arasında baş verən silahlı atışmada özünü ələ verib.
Şahidlərin sözlərinə görə, cinayətkar dəstələrin üzvləri lüks avtomobillərdə hadisə yerinə gəlib atəş açıblar və iki erməni yaralanıb, daha sonra onlar avtomobillərlə ərazini tərk ediblər. Hadisə zamanı odlu silahlardan 20 dəfədən çox atəş açılıb.
Hüquq-mühafizə orqanları erməni mafiyasına qarşı 14 cinayət işi açıb, 42 nəfər saxlanılıb. Lakin bu da erməni mafiyasını sakitləşdirməyib. Almaniyadakı erməni restoranlarından biri "qan gölü"nə çevrilib.
Almaniyada yaşayan məşhur erməni boksçular Artur Abraham və Karo Muradın istintaqa cəlb edilməsi isə bütün diqqətləri erməni mafiyasının üzərinə çəkib. Lakin hüquq-mühafizə orqanları digər şübhəlilərə qarşı qəti sübutlar tapma bilməyib.
İstintaqın hazırladığı gizli hesabata əsasən, Rusiya-Avrasiya mütəşəkkil cinayətkar şəbəkəsinə daxil olan erməni mafiyasının Almaniyada dərin kökləri var. Eyni zamanda, bu ilin mart ayında erməni səfir Aşot Smbatyan Türingendə bir polis rəisi ilə görüşdüyünü və erməni cinayətkar qruplarının fəaliyyətinin araşdırılması məsələsində rəsmi İrəvanın kömək etdiyini bildirib. Lakin alman federal polisi hüquq- mühafizə orqanlarına səfirlə əməkdaşlıq etməməyi məsləhət görüb və şübhəli şəxs qismində gizli olaraq onun təqibinə başlayıb.
Gizli hesabatda qeyd edilir ki, Ermənistan hakimiyyətinin Almaniyadakı erməni mafiyası ilə işbirliyi istintaqın gedişindən kənarda deyil. "Der Spiegel" iddia edir ki, hüquq-mühafizə orqanları 2015-ci ildə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan tərəfindən Almaniyaya səfir göndərilmiş Aşot Smbatyanı erməni mafiyasının əsas koordinatorlarından biri hesab edir.
Bundan əvvəl 2008-ci ildə səfirliyin əməkdaşı olan Smbatyan Federal Kəşfiyyat Xidməti tərəfindən beynəlxalq qaçaqmalçılıqdan şübhəli bilinirdi. Ötən həftə gözlənilmədən Lixtenşteynə səfir təyin edilən Smbatyan isə bu ittihamları rədd edib. Yeri gəlmişkən, Almaniyanın İctimai Televiziyası səfirin adının da hallandırıldığı erməni mafiyası ilə bağlı sənədli film hazırlayıb. Film yaxın günlərdə nümayiş olunacaq.
Almaniya kəşfiyyatı bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə sorğu göndərib. Məsələyə münasibət bildirən XİN-in mətbuat katibi Anna Nağdalyan alman hökumət orqanları ilə əlaqə saxladığını bildirdi: "Məsələnin həssaslığını və diplomatik missiyamızın normal fəaliyyətinə təsir göstərə biləcəyini nəzərə alaraq, indiki zamanda biz əlavə şərh verməyi qeyri-mümkün hesab edirik. Biz nəticələrə uyğun əlavə məlumat verəcəyik". teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar