Xəbər lenti
Ermənistan prezidenti təyyarəsindən məhrum oldu
Ermənistan prezidenti Armen Sarkisyanın aparatı “Airbus” təyyarəsindən məhrum olub, dövlət başçısının büdcə xərcləri isə 741 milyon dram (1,5 milyon dollar) azaldılıb.
Manevr.az-ın oxu.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti administrasiyasının yeni rəhbəri Emil Tarasyan bildirib. Onun sözlərinə əsasən, prezidentin 2019-cu il üçün xərcləri 1,183 milyard dram (2,4 milyon dollar) təşkil edəcək ki, bu da 2018-ci il büdcəsinin 61.5 faizidir.
Qeyd edilir ki, ixtisarların əsas hissəsi əmək haqlarına aiddir - 532 milyon dram. 2019-cu ildə isə növbəti ixtisarlar gözlənilir. Belə ki, qanunla hazırki 180 iş yeri əvəzinə 150-si nəzərdə tutulub.
Ermənistan parlamentinin Dövlət məsələləri və insan haqlarının müdafiəsi daimi Komitəsinin sədri Gevork Kostanyan isə bildirib ki, bu cür ixtisarlar təbiidir, çünki prezidentin səlahiyyətlərində əsaslı dəyişikliklər baş verib.
Ermənistanın 4-cü prezidenti Armen Sarkisyan 2018-ci ilin aprelindən vəzifəsinin icrasına başlayıb. Həmin zamandan da Ermənistan parlament idarəetmə modelinə keçib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar