Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bənövşəyi rəngin çox əsrlik tarixçəsi

Tarix: 04-11-2018 11:00     Baxış: 3296 A- / A+
Bənövşəyi rəngin çox əsrlik tarixçəsi

Dünyada mövcud olan 195 ölkənin heç birinin dövlət bayrağında bənövşəyi rəng yoxdur. Bunun səbəbi isə vaxtilə bənövşəyi rəngli boyanın böyük zəhmət hesabına əldə edilməsi və baha başa gəlməsi olub. Bu rəngdən hazırlanan boyalardan yalnız kral ailələrinin geyimlərində istifadə olunub.

İlk dəfə bu rəngdən Suriya və Livanın dəniz sahillərində yaşamış finikiyalılar istifadə ediblər. Təkcə bu bölgədə olan dəniz ilbizindən alınan bənövşəyi rəngli boyalar hər zaman öz bahalılığı ilə seçilib. Livan ərazisində yerləşən Sur antik şəhərindəki ustalar bu boyanın bir qramını əldə etmək üçün on minlərlə ilbizdən istifadə ediblər. Gözoxşayan və bahalı rəng isə tarixboyu krallıq və imperiyaların rəmzinə çevrilib. Vaxtilə “Finikiya rəngi” kimi tanınan bənövşəyi rəngdən alınan boya parçanın üzərində uzun müddət parlaqlığını qoruması və günəş işığında cazibədarlığı ilə zəngin insanlar arasında populyar olub. Bu rəng Roma, Bizans və Fars imperatorluqları ilə yanaşı, İngiltərə kral ailəsinin də rəmzinə çevrilib. Kraliça I Elizabet isə özü və ailə üzvləri istisna olmaqla heç kimə bənövşəyi rəngdə paltar geyinməyə icazə verməyib. Onun hakimiyyəti dövründə (1533-1603) bu rəngdə boyanın yarım kiloqramı 1,5 kiloqram qızıla bərabər olub.

Çox bahalı olan bənövşəyi rəngli boyadan hər kəsin istifadə etməsi isə XIX əsrdə ingilis kimyaçısı Uilyam Henri Perkinin kəşfi sayəsində mümkün olub. Alimin Londonda laboratoriyada sarılıq xəstəliyinə qarşı dərman tapılması üzrə tədqiqatı zamanı səhvən sintetik bənövşəyi piqment üzə çıxıb. Bənövşəyi rəngli boyanın bahalı olduğunu bilən Perkin qısa müddətdə fabrik yaradıb və kütləvi istehsala başlayıb. Bu kəşfdən sonra bənövşəyi rəng də ucuz və adi boyalardan birinə çevrilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar