Xəbər lenti
Ermənistanın əhalisi sürətlə azalır - VİDEO
Ermənistanda miqrasiya balansı mənfi olaraq qalmaqda davam edir.
Manevr.az-ın xezerxeber-ə istinadən məlumatına görə, bu sözləri ölkənin Milli Miqrasiya Xidmətinin rəhbəri Stepan Mantsakanyan deyib.
Cari ilin oktyabr ayının 1-nə olan son demoqrafik göstəricilərə görə, ölkənin əhalisi 2 milyon 969 min 200 nəfər təşkil edib. Hərçənd ki, 2011 ci ilin siyahiya alınmasına əsasən, bu rəqəm 3 milyon 262 min 600 nəfər idi. Bu, rəsmi statistikadır. İstər beynəlxalq təşkilatlar, istərsə də Ermənistan ictimaiyyəti real rəqəmlərin bundan xeyli az olduğunu etiraf edirlər.
Məlumdur ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. Onların bir qismi Rusiya vətəndaşı olsa da əksəriyyəti mövsümi işlərdə çalışmaq üçün şimala yollananlardır. Ermənilərin ölkələrini tərk etməsinin səbəblərini isə dövrlərə görə təsnifatlandırırlar. Məsələn, 1990-2000-ci illərdə Dağlıq Qarabağ problemi, ölkədə yaşanan sosial-iqtisadi çətinliklər, işsizlik, böyük sənaye müəssisələrinin fəaliyyətini dayandırması ermənilərin xaricə köçünə səbəb olan əsas amillər idi. 2000-ci illərdən bu günə qədər isə Ermənistanda demokratik dəyərlərin qorunmaması, insan haqlarının kobud şəkildə pozulması, sosial-iqtisadi çətinliklər, işsizlik və xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmaması ölkədən miqrasiya axınını şərtləndirir. Ermənistanın Milli Statistika Komitəsi paytaxt İrəvanda yaşayanların sayındakı vəziyyətə də diqqət çəkir.
Rəsmi olmayan məlumatlarda Ermənistan vətəndaşlığından imtina etməyən, amma son 25 ildə ölkəsinə dönməyən insanlarla birlikdə ölkəni tərk edənlərin sayının 1 milyondan çox olduğu təxmin edilir. Ermənilərin ölkələrini tərk etməsinin sosial-iqtisadi və təhlükəsizlik səbəbləri ilə bərabər psixoloji amili də gözdən qaçırmaq olmaz. Bu dövləti idarə edənlərin səriştəsizliyi psixoloji vəziyyəti daha da dözülməz edir. Bu səbəbdən gələcək üçün nikbin heç bir proqnozu olmayan vətəndaşlar bu ölkədə yaşamaqdan imtina edir və ilk fürsətdə ölkəni tərk edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar