Xəbər lenti
Bu milyoner qız 5 ildir saçını daramır - FOTO
İngiltərədə yaşayan Saşa adlı milyoner gənc qatıldığı proqramda həyat hekayəsi ilə ölkənin gündəminə çevrilib.
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, bahalı paltarlar almağı, partilərdə iştirak etməyi sevən və 400 min dollar dəyərində avtomobil sürən Saşa lüks həyatına bir müddət ara verib.
Özəl aşbazı, bərbəri və xadiməsi olan Saşa yoxsul ailələrin necə yaşadığını öyrənmək üçün qatıldığı verilişdə 3 uşaq anası Cuanita ilə çətin şərtlər altında və az büdcə ilə yaşayıb.
Cuanita gənc qızla söhbəti əsnasında öyrənib ki, o, 5 ildir başını özü yumur, bərbərinə yudurdur. Cuanita bundan şoka düşdüyünü söyləyib.
Saşa da Cuanita haqda eşitdiklərindən təəccüblənib. Belə ki, aylıq təkcə makiyajına 1500 dollar xərcləyən milyoner qız 3 uşaq anasının dolanmaq üçün bir ayı 1000 dollarla başa vurduğunu görüb.
Bir nahara 150 min dollar xərcləyən Saşa Cuanitagildə qalanda 2 dollarlıq makaronla bütün ailənin yemək yediyini görüb və heyrətlənib.
Proqramın sonunda Saşa bildirib ki, bundan sonra xərclərinə diqqət edəcək və insanları puluna görə deyil, həyat təcrübələri, xasiyyətlərinə görə qiymət verəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar