Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ermənistana MEYDAN OXUDU: Əgər ABŞ-dan silah alsanız...

Tarix: 30-10-2018 14:25     Baxış: 3430 A- / A+
Rusiya Ermənistana MEYDAN OXUDU: Əgər ABŞ-dan silah alsanız...

“Ermənistan ABŞ-a yaxınlaşmağa və bu ölkənin silahını almağa qərar verəcəksə, bu proses Kremlin xoşuna gəlməyəcək. Doğrudur, mən bunun hansı dramatik nəticələrə gətirib çıxaracağını bilmirəm, lakin nələrsə olacaq. Hərçənd, Gürcüstan və Ukrayna nümunələri göstərir ki, Rusiyaya qarşı ABŞ-la dostluq etməyin kədərli nəticələri olur”.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda olarkən, Ermənistan rəhbərliyini ABŞ silahını almağa dəvət etməsini şərh edərkən deyib.
Xramçik qeyd edib ki, ABŞ silahları müəyyən göstəricilərə görə Rusiya silahlarını qabaqlayır.

“Lakin bu silahlar kifayət qədər bahalıdır və Ermənistan hərbi büdcəsi bunu qarşılaya bilməz. Ukraynada eyni vəziyyət yarandı, halbuki, bu ölkənin hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən dəflərlə çoxdur. Yəni ABŞ-dan metal qırıntısı almaq ucuz olacaq və bu qırıntılar Rusiya silahından heç də yaxşı deyil. Yox, ən müasir silahlar almaq istəyən, gərək bunun üçün fantastik miqdarda pullar ödəsin. Digər tərəfdən, ABŞ-ın Ukrayna kimi Ermənistana da “soyuq müharibəsi”ndən qalmış köhnə silahlar verəcəyi istisna deyil. Bununla yanaşı, ABŞ silahını saxlamaq da əlavə xərclər deməkdir. Çünki şəxsi heyəti yenidən öyrətmək və yeni silahlar üçün detallar almaq lazımdır. Müharibə zamanı da Ermənistan ordusunun arsenalındakı Rusiya silahları ilə ABŞ silahları arasındakı kombinasiyanı yaratmaq çətin olacaq”, - deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar