Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Fələstinli daş atdı, dünyaca məşhurlaşdı - FOTO

Tarix: 29-10-2018 15:48     Baxış: 4230 A- / A+
Fələstinli daş atdı, dünyaca məşhurlaşdı - FOTO


Ötən həftənin bazar ertəsi fotosu çəkilən fələstinli Aed əbu Əmro indi dünyaca məşhurdur. Onun fotosu sosial şəbəkələrdə sürətlə yayılır.

Fələstinin Qəzza bölgəsində keçirilmiş etiraz aksiyasında çox parlaq obraz yaranıb. Bir əlində sapand, o biri əlində Fələstin bayrağı tutmuş əbu Əmronun məşhurlaşan fotosunu "Anadolu" agentliyinin fotoqrafı Mustafa Hasuna çəkib.

Sosial şəbəkələrdə bu fotonu 19-cu əsrin məşhur fransız rəssamı Ejen Delakruanın "Xalqı arxasınca aparan Azadlıq" əsərinə bənzədirlər.

20 yaşlı Aed əbu Əmro Al Jazeera telekanalına müsahibə verib.

Qəzza bölgəsinin İsraillə sərhədinin yaxınlığındakı Əl Zeytun şəhərində yaşayan Aed əbu Əmronun dediyinə görə, hər bazar ertəsi və cümə günləri etiraz aksiyalarına qatılır.

"Fotomun belə məşhurlaşmasından xəbərim yoxdu. Özümlə həmişə Fələstinin bayrağını aparırlar. Dostlarım deyirlər ki, bir əldə bayraq tutub sapandla daş atmaq rahat deyil. Amma mən öyrəşmişəm", - əbu Amro deyib.

Foto Qəzza bölgəsinin şimalında, Beyta Lahiyada çəkilib.

Fotonun Delakruanın əsərinə bənzədiyinə ilk diqqət çəkən Londondakı Yaxın Şərq və Afrika Tədqiqatları Universitetinin (School of Oriental and African Studies, SOAS) professoru Laleh Xəlili olub.

Fələstinin Qəzza bölgəsinin İsraillə sərhədləri boyu mart ayından bəri etiraz aksiyaları keçirilir. Bu aksiyalar başlanandan üzübəri 217 dinc fələstinli və bir israilli əsgər həlak olublar./milli.az

Manevr.az

Fələstinli daş atdı, dünyaca məşhurlaşdı - FOTO

Fələstinli daş atdı, dünyaca məşhurlaşdı - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar