Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya şirkəti Ermənistandakı qızıl mədənini satır

Tarix: 29-10-2018 14:50     Baxış: 3267 A- / A+
Rusiya şirkəti Ermənistandakı qızıl mədənini satır


Rusiyaya məxsus şirkət Ermənistanın Qafan rayonundakı qızıl mədənini satır.

Manevr.az xəbər verir ki, bunu “Kommersant” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın Qafandakı dağ-mədən şirkəti olan “Polymetal” müəssisəsi qızıl hasilatı yatağını satmaq üçün “En+” şirkətinin keçmiş sahibi Artyom Volıntsovun başçılıq etdiyi “Chaarat Gold” şirkəti ilə danışıqlar aparır.

“Cari il oktyabrın 26-da tərəflər “Bloomberg”in sorğusuna cavab olaraq, danışıqların aparıldığını təsdiqləyiblər. Hələ bu ilin avqustunda “Chaarat” MDB-də məkanında polimetal mədənini 75 milyon dollara almağı planlaşdırdığını açıqlamışdı. İndi bu məlumat təsdiqlənib. Həmin mədən Qafanda yerləşirmiş”, - qəzet vurğulayıb.

“Polymetal” bu yatağı 2016-cı ildə alıb. Bu yataqda 861 milyon dollar dəyərində, yaxud 0,7 mln unsiyaya ekvivalentində, yaxud 21,7 t (bir unsiya 33 qram) qızıl var. Ehtiyatın isə 1,9 mln unsiya olduğu ehtimal edilir. 2017-ci ildə Qafanda 50 min unsiya, 1,5 t, yaxud 61,5 miln dollarlıq qızıl istehsal edilib.

Qeyd edək ki, Rusiyanın dağ-mədən “Polymetal” şirkəti 1998-ci ildə yaradılıb. Gümüş, qızıl və mis hasilatı ilə məşğul olur. Mərkəzi ofisi Sankt-Peterburqda yerləşir. Şirkət “Polymetal International plc” adı ilə Böyük Britaniyanın Cersi adasında qeydiyyatdan keçib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar