Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Qarğalar haqqında şok fakt – Bir-birilərinin ölüsünü gördükdə nə edirlər?

Tarix: 28-10-2018 07:12     Baxış: 2657 A- / A+
Qarğalar haqqında şok fakt – Bir-birilərinin ölüsünü gördükdə nə edirlər?

Dünyanın məşhur elmi-kütləvi nəşrlərindən olan “Popular Science”-da qarğalar haqqında hamını heyrətləndirəcək faktlar əksini tapıb.
Manevr.az xəbər verir ki, elm adamlarının qarğalarla bağlı fərqli araşdırması oxucuları heyrətləndirib.

Araşdırmada qeyd olunan ən maraqlı faktlardan biri də bir qarğa öldükdən sonra digər qarğaları verdiyi reaksiyadır.

''Ala qarğa” adlı qarğa öz növündən olan başqa birinin ölüsünü gördükdə, yemək axtarmağı dayandırır və digərlərini səsləyir. Beləliklə, başqa qarğalar ölü qarğanın ətrafında toplaşırlar.
Tədqiqatçılar, rəngli ağacın parçalarına reaksiya göstərməyən qarğaların başqa qarğanın ölüsünü görəndə fərqli səs çıxararaq quşları çağırdığını qeyd edirlər.

Bir qarğa yerdə başqa qarğa ölüsü görürsə, o, çaşqınlıq və həyəcan siqnalları verir. Araşdırmada qarğaların bəzən aralarında ölmüş həmcinslərinin cəsədin üstünü budaqlayıb, yarpaqlarla örtməyə çalışdıqları da göstərilir.

Qarğalar bundan sonra susub, səssizcə ölü quşa yas tuturmuş kimi tamaşa edirlər. Araşdırmadakı bu hissə xüsusən, təəccüblü, həm də inanılmazdır.

Qarğalar həmçinin ən böyük düşmənini, bayquşları görəndə digərlərini xəbərdar edirlər. Çağırışı eşidən digər qarğalar toplanıb düşmən üzərinə birgə yürüş edirlər.

Tədqiqatçı Mark Schwaiger qarğaların zəkasıyla əlaqəli bunları deyib: "Qarğalar ən çox üzərlərində işləməyi sevdiyim quşlardır, çünki çox ağıllıdırlar. Hətta sizdən daha ağıllı ola bilərlər.

Quşlarımdan biri başımı çevirdiyim vaxt belimdəki it yemiylə dolu torbanı götürüb qaçmağı öyrənib”./moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar