Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milyonları heyrətləndirən sevgililər həlak oldular

Tarix: 26-10-2018 11:32     Baxış: 3304 A- / A+
Milyonları heyrətləndirən sevgililər həlak oldular




Fotoları sosial şəbəkələrdə sürətlə yayılan və məşhurlaşan, "dünyanın ən romantik sevgililər"i həlak olublar. Onlar 2286 metr yüksəklikdən, dağdan aşağı düşüblər.


Olay ABŞ-ın Kaliforniya ştatındakı Syerra-Nevada bölgəsində, Yosemit Milli Parkındakı Taft-Poynt dağında yaşanıb. Dağın sıldırım qayalarından brində, uçurumun kənarında eşq elan edən gənclə onun sevgilisinin fotosu tam təsadüf nəticəsində çəkilmişdi.

Amerikalı fotoqraf Mettyu Dippel Yosemit Milli Parkında çəkdiyi fotosunun qəhrəmanlarını axtarır.

Fotoda şlyapalı gənc kişi uçurumun kənarında bir dizi üstə çökərək uzun libasda olan qadına evlilik təklif edirdi.
Şəkil oktyabrın 6-da Kaliforniyada çəkilmişdi. Mettyu o anda elə həmin uçurumun yanına gələcək dostu Coşuanı gözləyirdi. Yosemit Milli Parkı özünün maraqlı uçurumları və şəlalələri ilə məhşurdur. Fotoqraflığı özü öyrənən Maettyu Dippel üçün bura gəlmək və burada foto çəkmək prinsip məsələsi idi.

24 yaşlı fotoqraf digər fotoqraflar və turistlərlə dayanaraq dostu Coşuanın 3500 metrlik yüksəkliyin kandarına gəlməyini gözləyən zaman sevgililərin kadra düşdüyü bu fotonu çəkib.

Coşuanın fotolarını çəkdikdən sonra Metyu bütün ətrafı dolaşaraq fotolarını göstərmək üçün cütlüyü tapmağa cəhd göstərib. O, bir çox insanları, o cümlədən şəkil çəkdirməyə hazır olan cütlükləri tapsa da, öz qəhrəmanlarını tapa bilməyib.

Bir neçə gün əvvəl Dippel internetdə hələ də cütlüyü axtardığını elan edərək izləyicilərindən axtarışda kömək etmələrini xahiş etmişdi.

Sosial şəbəkə istifadəçilərinin bəziləri Dippelin fotosunu səhnələşdirilmiş hesab ediblər. Onların fikrincə, cütlük dağlarda gəzmək üçün çox yaxşı geyinib.

Taft Poynt parkdakı ən məhşur yerlərdən biridir. Bəzi cütlüklər bura hətta toy libasında gəlirlər. Buradan möhtəşəm görüntü var, ora getmək çətin deyil. Bu yer yaxınlıqdakı avtomobil dayancağından 3,5 km məsafədə yerləşir.

Cütlüyün axtarışı artıq neçə gündür ki, davam edirdi. Mettyu Dippel əvvəlki kimi fotosunun qəhrəmanlarını tapacağını düşünürdü.

Bu gün bəlli olub ki, sosial şəbəkələrdə milyonların rəğbətini qazanan və heyrətləndirən sevgililər həlak olublar. Onların cəsədləri Taft-Poyntda, qayalıqların arasında tapılıb.

Polisin ilkin versiyasına görə, yüksəklikdə, uçurum kənarında sevdiyi qadına evlilik təklifi edən kişi qayadan yıxılıb. Ona yardım etmək istəyən qadın da aşağı düşüb./milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar