Xəbər lenti
Məşhur müğənni İslam dinini qəbul edib - FOTO

İrlandiyalı müğənni, ötən il adını Maqda Davitə dəyişən Şineyd O Konnor İslam dinini qəbul etdiyini bildirib.
Manevr.az report-a istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Sənətçi bildirib ki, hazırda onun adı Şuhadədir. Nəşrin məlumatına görə, müğənninin yeni ad tərcümədə "şəhid" deməkdir.
Müğənni müsəlmanlığı qəbul etmək barədə qərarını "Twitter"də bildirib. O, hicabla şəkillərini də yayıb.
"Bu, istənilən ağıllı ilahiyyatçının yolunun məntiqi sonudur. Bütün müqəddəs kitablar İslama aparır və bu o deməkdir ki, bütün digər dini kitablar artıqdır. Mənim yeni adım Şuhadədir", - deyə müğənni yazıb.
Nəşr həmçinin qeyd edib ki, O Konnor ötən cümə günü videogörüntü yayıb. O, videogörüntüdə azan oxuyur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar