Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın məşhur universitetləri hücuma məruz qaldı

Tarix: 26-10-2018 06:52     Baxış: 2229 A- / A+
Dünyanın məşhur universitetləri hücuma məruz qaldı

Fişinq heç də bankların, ödəmə sistemlərinin, sosial şəbəkələrin veb-səhifələri və digər populyar internet xidmətləri ilə məhdudlaşmır. “Kaspersky Lab”ın ekspertləri hesablayıblar ki, ötən 12 ay ərzində (2017-ci ilin sentyabr ayından) təxminən 1 000 fişinq hücumu dünyanın aparıcı universitetlərinin saytıarına yönəlib.
“Kaspersky Lab”dan trend-ə verilən məlumata görə, fırıdaqçıların məqsədi həmişə olduğu kimi məxfi məlumatların, əsasən də universitetlərin sistemlərində qeydiyyatdan keçmiş insanların loqin və parollarının yığılmasıdır. Fişinq tələsinə kimin düşməsindən asılı olaraq (tələbə, assistent, müəllim), cinayətkarlar əldə etdikləri məlumatları, o cümlədən, bir çox sahədə (iqtisadiyyatdan nüvə fizikasınadək) elmi tədqiqatların nəticələrini müxtəlif informasiyalara daxil olmaq üçün istifadə edə bilir. Bundan başqa, fişerlər IP-ünvanlar və istifadəçinin geolokasiyası haqqında məlumatlar toplayır – ekspertlərin fikrincə, bu informasiyadan onlar antifrod-sistemlərinin ötüb keçməsi üçün istifadə edə bilərlər.

Ümumiyyətlə, fişinq hücumlarına 16 ölkədə 130-dan çox ali təhsil müəssisəsi məruz qalıb: ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Finlandiya, Kolumbiya, Honkonq, Hindistan, İsrail, Niderland, Yeni Zelandiya, Polşa, İsveç, İsveçrə, CAR və BƏƏ. Hücuma məruz qalanların böyük əksəriyyəti təhsili ingilis dilində aparılan tanınmış universistetlər olub. Ən çox hücum Amerikanın Vaşinqton Universitetinə (“University of Washington”) edilib – bu təhsil ocağının payına 111 fişinq münaqişəsi düşür.

Sosial mühəndisliyin bütün metodlarında olduğu kimi “universitet” fişinqi ilə bağlı hadisədə də fırıldaqçılar istifadəçilərin diqqətsizliyinə ümid edirlər. Cinayətkarlar tərəfindən universitetlərin sistemində qeydiyyat üçün yaradılmış saxta səhifələr olduqca həqiqi səhifələrə bənzəyir: çox vaxt fişinq səhifələrinin yeganə fərqi URL ünvanıdır, hansında ki, cəmi bir neçə hərf orijinalla uyğun gəlmir.

“Fişinqlə mübarizədə ən sadə, vacib və yoxlanılmış məsləhət – məxfi məlumatları daxil etmək istədiyiniz səhifənin ünvan sətrini həmişə yoxlayın. Fişinqin insan faktoru ilə ayrılmaz olduğu üçün bütün təşkilatlara, əsasən də, universistetlərə ikifaktorlu audentifikasiyadan istifadə etməyi, sıravi istifadəçilərə isə antifişin texnologiyalarından yararlanmağı tövsiyə edərdik”, - deyə “Kaspersky Lab” şirkətinin aparıcı məzmun-analitiki Nadejda Demidova bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar