Xəbər lenti
"Titanik"lə bağlı ilk dəfə oxuyacağınız İNANILMAZ FAKTLAR: bu səhnədən öncə sinəsini Di Kaprioya göstərir və... - FOTO
"Titanik" real hadisə əsasında çəkilmiş əfsanəvi filmdir. Filmdə "Titanik"in səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib. 11 dəfə Oskar mükafı alan ekran işi kino tarixinin ən yadda qalan filmlərindən biri kimi tarixə düşüb.
Manevr.az publika.az-a istinadən əfsanəvi “Titanik” filmi haqqında bəlkə də heç vaxt eşitmədiyiniz 30 maraqlı faktı təqdim edir:
Keyt Uinslet Di Kaprio qarşısında çılpaq olacağını öyrənəndə gərginliyi azaltmaq üçün çəkilişlərdən əvvəl ona sinəsini göstərib.
Cekin (Leonardo Di Kaprio) Rouzun (Keyt Uinslet) rəsmini çəkməyə hazırlaşdığı səhnədə "Kresloda uzan" yerinə "Yatağa uzan” deməsi, sonra isə “Xeyr divana" sözləri əlavə etməsi orijinal ssenaridə olmayıb. Ancaq aktyorun buraxdığı bu səhv Kameronun xoşuna gəldiyi üçün onları filmdə istifadə edib.
Çəkilişlərin son gecəsində yaradıcı heyətin bir neçə üzvü zarafat etmək üçün dağıdılan yeməklərin içinə narkotik maddə töküb. Nəticədə 80 nəfər hallisünasiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Gəminin həqiqi çəkilişləri Meksikanın cənubunda Rozarito sahilində aparılıb.
Çəkilişlərin hamısı hidravlik qovşaqlara quraşdırılıb. Beləliklə, gəmi müəyyən bir baxımdan əyilmiş vəziyyətdə ola bilərdi.
Pomeranian adlı cins iti qəzadan xilas olan 3 itdən biri idi. Gəmi batmağa başladıqdan sonra sərnişinlər itlərini sərbəst buraxıb. Ceyms Kameron da tərk edilmiş itlərin səhnəsini çəkmişdi. Ancaq daha sonra bu kadrlar filmdən çıxarılıb.
Ceyms Kameron həqiqi Titanikin qalıqlarını görmək üçün suyun dərinliklərinə qədər üzüb. Həmçinin o, qəzadan sağ çıxan sərnişinlərlə çoxlu söhbət edib.
Ceyms Kameron ssenarini bitirdikdən sonra Titanikdə həqiqətən həyatını itirən Cek Dovson tapıb.
1910-1912-ci illər arasında aparılan Titanik gəmisinin inşası 7.5 milyon dollara başa gəlib. Filmin çəkildiyi 1997-ci ildə bu rəqəm 150 milyon dollar idi. Ancaq filmin büdcəsini təxminən 200 milyon dollar təşkil edib.
Film o qədər baxılmışdı ki, distribüter şirkət korlanan surətlər üçün yeni film blokları göndərib.
Titanikdəki ən bahalı otağın qiyməti 4 min 350 dollardır. Bu məbləğ bu gün 75 min dollara bərabər gəlir.
Böyük salonun sular altında qalma səhnəsi qurğulara və mebellərə bərpası mümkün olmayan zərər verəcəyi üçün bir dəfəyə çəkilib.
Rouzun gəmi batandan sonra üzərində dayandığı taxta platforma Titanikdən qalan orijinal bir parçadır. Taxta Nova Scotiada bir muzeydə sərgilənir.
Rouzun gəmi batarkən geyindiyi pencək ona 2 ölçü böyük olub. Bunun səbəbi Rouzu müdafiəsiz və biçarə göstərmək məqsədi idi.
Çəkilişlər zamanı Leonardo Di Kaprionun baxdığı kərtənkələ yük maşınının altında qalıb əzilib. Heyvanların və təbiətin müdafiəçisi kimi tanınan Di Kaprio balaca dostunu özü sağaldıb.
Kapitan Smit rolu əvvəlcə Robert De Niroya təklif edilib. De Niro sağlamlıq problemləri səbəbiylə roldan imtina etmək məcburiyyətində qalıb.
Gəmidən tullanan aktyorlar özünü 1 metrdən az dərinliyi olan okeana atmışdı.
Gvinet Peltoru, Nikol Kidman, Madonna, Jodi Foster, Kameron Diaz və Şeron Stoun Rouz rolu üçün düşünülən başqa namizədlər olub.
Film şirkəti Cek rolunu Mettyu Makkonaxinin oynamasını istəyib, ancaq Ceyms Kameron Leonardo Di Kaprionun oynaması üçün xeyli israr edib.
Keyt Uinslet suda olan çəkilişlərdə dalğıc geyimi geyməyi rədd edən bir neçə aktyordan biri idi. Lakin aktrisanın bu fədakarlığı ona möhkəm soyuqdəymə bahasına başa gəlib.
Ceyms Kameron filmin musiqilərini Enyanın yazmasını təklif edib. Enya bu təklifi rədd etdikdən sonra Ceyms Hornerla əməkdaşlıq edib.
Molli Braun rolunu Riba Makintayr oynamalı olub. Ancaq başqa film təklifindən sonra bu rolu oynamaqdan vaz keçib.
Qloria Stuart filmin çəkilişi zamanı 1912-ci ildə baş verən qəzadan sağ çıxan və yaşayan yeganə insan idi. O, yaşlı (87 yaşında) Oskar tarixinin ən yaşlı aktrisası kimi “Ən yaxşı köməkçi qadın aktrisası” mükafatına namizəd olub.
Cekin kitabındakı rəsmlər Ceyms Camerona aid idi.
Çəkilişlər bitdikdən sonra setdən qalanlar lom olaraq satılıb.
Titanik kinosu eyni zamanda video kaseti çıxan ilk filmdir.
Mühərrik otağını böyük göstərmək üçün burada oynayan aktyorlar 1.50 metr boyunda seçilib.
Ceyms Kameronun filmdə mahnı deyil, sadəcə musiqi səslənməsini istəyirdi. Ancaq filmin bəstəkarı Ceyms Horner gizlincə Selin Dionla mahnı yazdıraraq daha sonra bu mahnını Kamerona təqdim edib. Sevgi marşına çevrilən “My Heart Will Go On”u bəyənən rejissor mahnını filmin sonunda istifadə etməyi qəbul edib.
Yataqda bir-birinə sarılaraq yatan yaşlı cütlük Nyu-yorkdakı “Macy” adlı mağazanın sahibləri İda və İsidor Ştrausdur. İdaya qadın olduğu üçün qayığa minməsinə icazə verilmişdi, ancaq ərindən ayrılmamaq üçün “Birlikdə yaşadıq, birlikdə ölməliyik” deyərək gəmidə qalıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar