Xəbər lenti
Qarabağda 34 erməni əsgər öldü - Erməni vəkildən şok faktlar
Erməni əsgərləri cəbhə xəttində deyil, öz komandirlərinin və cəbhə yoldaşlarının əlində ölməyə davam edir. Hüquq müdafiəsi təşkilatlarının hesabatlarına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında Ermənistan ordusunda 34 ölüm halı qeydə alınıb ki, bunlardan da sadəcə 8-i sərhəddə baş verib.
Ermənistan ordusunun qeyri-döyüş şəraitində verdiyi itkilərin böyük əksəriyyəti gərginliyin artdığı və “inqilab”dan sonrakı dövrə təsadüf edib. Ölüm hallarının hamısı intihar kimi qeydə alınıb.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında “Jurnalistlər insan hüquqları adına” təşkilatının rəhbəri Janna Aleksanyan danışıb.
“Maydan sonra baş verən 8 hadisə ilə bağlı “intihar həddinə çatdırma” maddəsi ilə iş qaldırılıb. Aprel ayında isə 9 “qəsdən adam öldürmə” hadisəsi qeydə alınıb. İnsanlar inqilaba dəstək oldu, onda iştirak etdi və indi bütün xalq öz problemlərinin, xüsusən də ordu ilə bağlı olan problemlərin həllini tələb etmək haqqına sahibdir. Əgər belə hallar hələ də mövcuddursa, müdafiə sistemində hansı dəyişikliklərin baş verdiyini deyə bilmərəm”, - Aleksanyan bildirib.
Ekspert ordudakı ölüm halları ilə bağlı vəziyyətin hakimiyyətin diqqət mərkəzinə gəlməməsindən təəccübləndiyini qeyd edib.
“Təcrübə göstərir ki, istintaq orqanları həddən artıq pis araşdırma aparır. Əlbəttə, ümid edirəm ki, inqilabdan sonra nələrisə dəyişmək mümkün olacaq, ancaq biz 5 iş üzrə istintaqda iştirak etməyimizə baxmayaraq, hər hansı bir dəyişiklik müşahidə etməmişik. Deyə bilərəm ki, bu sahədə də heç bir dəyişiklik yoxdur. Daha doğrusu, hüquq-mühafizə orqanları və məhkəmə sistemi hələ qabağa getməyib, burada da inqilaba ehtiyac var”, - hüquq müdafiəçisi bildirib.
Təşkilatın vəkili Ayarpi Sərkisyanın sözlərinə görə, istintaq orqanlarının qüsurlu fəaliyyətinin öz prinsipləri var:
“Bir tərəfdən nəsə etmək istəyinin yaratdığı maraq olmasına baxmayaraq, əvvəl olduğu kimi, eyni üslubda fəaliyyət davam edir. Sistemi dəyişmək lazımdır. Sistemin fəaliyyətinə nəzarət edəcək vəzifəli şəxslərin dəyişdirilməsi sistemin tam və dərhal dəyişdirilə biləcəyini nəzərdə tutmur”.
Baş verən halların intihar kimi qeydə alınması barədə danışan vəkil bir sıra ziddiyyətli məqamların olduğunu bildirib:
“Bu işlər çərçivəsində intiharın törədildiyi silahda əksər hallarda barmaq izləri tapılmır. Daha doğrusu, belə çıxır ki, insan özünü öldürüb, sonra dirilib və barmaq izlərini silib və nəhayət yenidən ölüb. Çox absurd məqamlar var və bunlar sadəcə 1-2 belə halda müşahidə olunmur”.
Janna Aleksanyan Gevorq Aroyan hadisəsini xatırladaraq əsgərin alçaldılmalara məruz qaldığını bildirib:
“Valideynləri onunla görüşəndə gözünün altında yaralar olub. Əgər əsgər yaralarla xidmət aparırsa və heç kim bunun fərqinə varmırsa, o hərbi hissənin komandir heyəti haradadır? Müdafiə naziri onları yanına çağırıb? Onlardan nə baş verdiyini, komandir heyətində niyə heç kimin bunun fərqinə varmadığını soruşub?
Ən qəribəsi isə bundadır ki, belə bir hadisədən sonra Müdafiə naziri David Tonoyanın ictimaiyyətə açıqlamasını görmədik. Müdafiə Nazirliyinə müraciət edən valideynlər də heç bir cavab ala bilmir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar