Xəbər lenti
Türkmənləri ərzaq aldıqlarına görə cərimələyirlər
Türkmənistanda polis əməkdaşları ölkənin paytaxtı Aşqabadın dövlət mağazalarından ərzaq alan region sakinlərini cərimələməyə başlayıblar.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Türkmənistan xronikası” portalı məlumat yayıb.
Mənbə bildirir ki, ölkənin regionlarında mağazalara ərzaq təchizatı ilə vəziyyət Aşqabaddakına nisbətən çox çətindir və buna görə də, əyalət sakinləri qida məhsulları almaq üçün paytaxta üz tuturlar. Lakin Aşqabaddan gedən yollarda regionlara məxsus dövlət nömrə nişanlı avtomobil görən polislər maşını saxlayır və baxış keçirirlər.
Əgər maşında Aşqabadın dövlət mağazalarından alınmış ərzaq olarsa, hüquq-mühafizə orqanı əməkdaşları bildirirlər ki, bu qadağandır və cərimə ödənilməlidir. Maraqlıdır ki, qadağa ilə bağlı heç bir rəsmi əmr, yaxud sərəncam göstərilmir və cərimə ödənildikdə qəbz verilmir.
Saytın əməkdaşı ilə söhbətində Aşqabaddan 370 kilometr aralıda yerləşən Marı şəhərinin sakini deyib ki, paytaxtdan evə gedən yolda onu iki dəfə saxlayıblar. Bildirdiyinə görə, maşında iki qutu bitki yağı olduğu üçün onu cərimələyiblər. Lakin əyalət sakini yalnız bir dəfə cəriməni ödəyə bilib. “İkinci cəriməyə pulum qalmamışdı, əsəbiləşib yağları yerə atdım və sürüb getdim”, - o söyləyib.
Mənbə əlavə edir ki, növbəti qadağa yuxarı təşkilatların şifahi göstərişi, yaxud da yol polisinin sürücülərdən pul qoparması üçün yeni bəhanəsi ola bilər.
Daha öncə məlumat verilmişdi ki, Türkmənistan sakinləri ölkənin bəzi regionlarında ərzaq çatışmazlığı üzündən ölkəni tərk etməyə başlayıblar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar