Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kadırov onu çoban adlandıran ağsaqqaldan üzr istəyib

Tarix: 21-10-2018 09:18     Baxış: 2328 A- / A+
Kadırov onu çoban adlandıran ağsaqqaldan üzr istəyib

Çeçenistan rəhbəri Ramzan Kadırov İnquşetiyada keçirilən etiraz aksiyalarının təşkilatçıları ilə münasibətlərə aydınlıq gətirmək üçün qonşu respublikaya gedib.

Manevr.az xəbər verir ki, Kadırov onu çoban adlandıran ağsaqqal Muxajir Nalgiyevdən üzrhaqlıq eşitmək üçün Surxaxi kəndinə yollansa da, nəticədə özü üzr istəməli olub. Ağsaqqal Nalgiyev üzrhaqlıq etdiyi üçün Kadırov da ondan üzr istəyib.

Görüş zamanı Kadırov bildirib ki, İnquşetiyanın bir hissəsinin Çeçenistana verilməsi ideyası ona yox, İnquş Respublikasının rəhbəri Yunusbəy Yevkurova məxsus olub. Buna cavab olaraq kəndin ağsaqqalı Kadırova torpaq məsələsində aktiv mövqedə duran inquşlara hədə-qorxu gəldiyi üçün irad tutub. Çeçenistan lideri isə bildirib ki, sözləri etiraz aksiyalarını təşkil edən 2-3 nəfərə ünvanlanıb. Söhbətin sonunda tərəflər bir-birindən üzr istəyiblər. Qeyd edək ki, Kadırov Surxaxi kəndinə 60-70 avtomobildən ibarət kortejlə gedib. Onun qarşısına minədək silahlı inquş çıxıb.(oxu.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar