Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı - FOTO

Tarix: 20-10-2018 19:25     Baxış: 2235 A- / A+
Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə "Ana dili" ("Deda ena") parkında keçirilməsi nəzərdə tutulan marixuana festivalı planlaşdırıldığı formada baş tutmayıb.


Manevr.az
report-a istinadən bildirir ki, festivalın təyin olunduğu vaxtdan bir neçə saat öncə "Ana dili" parkı polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Tədbir başlayana qədər festivalın təşkilatçısı olan "Girçi" partiyasının bir neçə üzvü polis tərəfindən saxlanılıb.

Festival təşkilatçılarına parkda avadanlıq quraşdırmağa icazə verilməyib. Parkda həmçinin marixuana festivalına qarşı olan vətəndaşlar və ictimai fəallar da etiraz aksiyası keçiriblər.

Polis əməkdaşları tərəflər arasında qarşıdurmanın yaranmasına yol verilməməsi üçün canlı sədd yaradıb.

Marixuananın leqallaşdırılmasının tərəfdarları qarşısında "Girçi" partiyasının lideri, prezidentliyə namizəd Zurab Caparidze çıxış edib. O, çıxışının sonunda ətrafında olanlara marixuana paylamağa başlayıb. Bu zaman polis əməkdaşları Z.Caparidzeni saxlayıblar. Eyni zamanda 10-a yaxın şəxs də saxlanılaraq park ərazisindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb.
Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı - FOTO

Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı - FOTO

Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı - FOTO

Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı - FOTO

Tbilisidə marixuana festivalının təşkilatçısı saxlanıldı - FOTO



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar