Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən DƏHŞƏTLİ ADASI: 7500 nəfərin yaşadığı məkanın İNANILMAZ ÜZÜ

Tarix: 16-10-2018 07:05     Baxış: 3283 A- / A+
Dünyanın ən DƏHŞƏTLİ ADASI: 7500 nəfərin yaşadığı məkanın İNANILMAZ ÜZÜ

Yunanıstanın Lesbos adasında 7 min nəfərin qaldığı Moria Qaçqın düşərgəsi ölüm düşərgəsinə çevrilib.

Manevr.az xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatının sahə koordinatoru Luca Fontana bu düşərgənin xüsusən uşaqları intihara sövq etdiyini deyib.

"Bura həyatımda gördüyüm ən pis düşərgədir. Komandamız 6-18 yaş arası uşaqlar arasında zehni sağlamlıq testi aparıb. Məlum olub ki, uşaqların ¼-i özünə zərər verir və intiharı düşünür. Onlardan 78-i intihara təşəbbüs edib. Bu düşərgənin tezliklə bağlanması mütləqdir", - deyə o bildirib.

L.Fontana onu da vurğulayıb ki, düşərgədə heç bir xidmət sahəsi normal deyil: "Burada 2 mindən çox uşaq var, amma heç biri təhsil almır. Düşərgədə kifayət qədər məktəb, həkim, xidmət və mühafizə yoxdur. Hər şey qarışıq və yarımçıqdır. Çətin vəziyyətdə yaşadıqlarına görə valideynlər uşaqları ilə məşğul ola bilmir. Dul qadınlar üçün vəziyyət daha çətindir. Bəzən uşaqlara verməyə yemək tapmırlar".

Onun sözlərinə görə, 3 min nəfərlik düşərgədə 7500-dən çox insan yaşayır.

"İnsanlar adi ehtiyaclarına görə saatlarla növbə gözləyir, buna görə dalaşırlar. Bir tualet üçün 70 nəfər birdən gözləyir, 1 duş qəbul etmək üçün bəzən 100 nəfər birdən növbədə olur. Qarşıdan soyuq qış gəlir, bu düşərgələr yay üçün nəzərdə tutulub. İnsanlar burada sağ qalmaq üçün mübarizə aparır". (publika.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar