Xəbər lenti
"Geri qayıdıb..." - Bransondan Ərdoğana GÖZLƏNİLMƏZ MESAJ
Türkiyənin çətin dönəmdən keçdiyini bilirik və bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğan üçün dua edirik.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri 2 gün öncə Türkiyədə azadlığa buraxılan rahib Endryu Bransonun atası Ron Branson “Amerikanın səsi”nə açıqlamasında deyib.
“Bir ölkənin lidersiniz və ölkədə iqtisadi çətinliklər yaşanır. Üzərinizdə təzyiq var. Onun (Ərdoğan) üçün dua edirik. Tanrı ona aldığı qərarlarla kömək olsun”, - deyə Branson bildirib.
Keşişin anası Pamela Branson da əlavə edib ki, Endryu hər zaman Türkiyəni sevib və bu ölkə üçün canını verməyə hazırdır:
“Məncə, Endryu geri qayıdıb Türkiyə üçün canını verməyə hazırdır. Bunu edə biləcəyini düşünürəm. Amma övladları var. Ən kiçik oğlu uzun müddətdir ki, atasız böyüyüb. Endryu ona atalıq etmək istəyir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar