Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK

Tarix: 14-10-2018 15:18     Baxış: 2435 A- / A+
Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Ər-Riyada qarşı təzyiqlər kəskinləşir. Türkiyə jurnalistin öldürülməsinə dair audio və videogörüntülərin olduğunu irəli sürərək, məsələ ilə bağlı ciddi tədbirlərin görüləcəyini, istintaq materiallarının isə müəyyən müddət ictimaiyyətə açıqlanmayacağını bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin xarici ölkələrdə olan diplomatları məsələ ilə bağlı hərəkətə keçib. İlkin məlumatlara görə, "The Washington Post" qəzetinə Türk mətbuatından məlumat daxil olub. Daxil olan məlumata görə, Camal Qaşıqçının Səudiyyə Ərəbistanın Türkiyədəki səfirliyinin ərazisində işgəncələrə məruz qaldığını və daha sonra necə öldürüldüyünü əks etdirən videogörüntülər təsdiqlənib:

"Türkiyənin xüsusi xidməti bu materialları Amerika xüsusi xidmətinə göndərib. Səfirlikdə baş verənlərə dair səs və görüntülər var. Camal Qaşıqçı səfirlik ərazisinə daxil olarkən nə olduğuna, onu kimlərin qarşıladığına dair səs yazıları mövcuddur. Görüntülərə və səs yazılarına ABŞ xüsusi qüvvələri də qulaq asıb. Qaşıqçının səsini, ərəbcə danışanları, ona israrla hansısa sualların verildiyi və daha sonra işgəncə ilə öldürdüyünü eşitmək mümkündür".

Bu çərçivədə ABŞ və İngiltərə başda olmaqla bir sıra ölkələr Səudiyyə Ərəbistanı ilə əlaqələrinə yenidən baxacaqlarını, sanksiya tətbiq edəcəklərini deyiblər. Bundan başqa, əksər nüfuzlu şirkətlər və onun nümayəndələri, eləcə də məşhurlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın 23-25 oktyabr tarixlərində keçirəcəyi "Gələcəyə İnvestisiya Cəhdi" adlı beynəlxalq konfransda iştirakdan imtina ediblər.

“Washington Post” qəzetində gedən yazıda isə jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğundan çıxmamasının, Türkiyə tərəfinin irəli sürdüyü görüntü və səs yazıları ilə birlikdə ciddi şübhə doğurduğu qeyd edilib.

Konsulluq isə jurnalistin çıxışına dair təhlükəsizlik kameralarında heç bir görüntünün olmadığını bəyan edib. Türkiyə prezidenti məsələ ilə bağlı çıxışlarından birində deyib:

"Hər bir konsulluğun özünün təhlükəsizlik kameraları və mühafizəsi var. Təbii ki, bu şəxslər həmin ölkələrdən, nümayəndəliklə birlikdə gətirilir. Biz inanırıq ki, onlar sadəcə öz işlərini görürlər. Amma ortada bir hadisə var və ittihamlara aydınlıq gətirilməlidir".

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı Səudiyyə Ərəbistanına qarşı heç bir sanksiya irəli sürməyəcəyini desə də, bu gün səhər saatlarında verdiyi bəyanat bir qədər fərqli olub:

"Ortada çox ağır və dəhşətli hadisə var. Hələ heç kim hadisənin əsl səbəbini və təfərrüatını bilməsə də, səsləndirilən ittihamlar və şübhələr olduqca dəhşətlidir. Biz ümid edirik ki, bu ittihamlar həqiqət olaraq təsdiqlənməyəcək. Hazırda Səudiyyə Ərəbistanı haqqında irəli sürülən ittihamların əsassız olduğunu bildirir".

Jurnalistin öldürülməsi ilə bağlı Səudiyyə hökumətini ittiham edən Qərb dövlətləri Ər-Riyada ən ağır zərbəni vurmağa hazırlaşırlar. Artıq İngiltərə Xarici İşlər Nazirliyi Camal Qaşıqçı istintaqı çərçivəsində şahzadə və bir sıra Səudiyyə yetkililərinə “Qlobal Maqnitski İnsan Haqları Məsuliyyəti Qanunu” çərçivəsində sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Dünya mediasından olan bir neçə jurnalist isə məsələ ilə bağlı maraqlı proqnoz verib.

Onların fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əlində vəliəhd şahzadəni məzara göməcək dəhşətli faktlar var və o, bu bombanı ağılla dəyərləndirsə, dünyada geosiyasi vəziyyət ciddi şəkildə dəyişə bilər:

"Ərdoğan artıq Vaşinqtona ismarış yollayır ki, əgər mən məxfi xidmətlərin əlində olan dəlilləri ictimaiyyətə tam olaraq açıqlamayacamsa, onda siz mənə ölkəmin şəxsi düşməni olan Güləni (FETÖ lideri Fətullah Gülən - red.) verə bilərsiniz. Hələlik türk hakimiyyəti hadisənin əsas görüntülərini yayımlamayıb. Amma qısa bir təfərrüat belə, kifayət etdi ki, dünya ölkələri arasında Səudiyyə rejiminə qarşı sərt mövqelər başlasın. Görünür, Türkiyə bu bomba sükutu ilə ABŞ və vəliəhd şahzadəni geosiyasi və iqtisadi çıxarları üzərindən ticarətə dəvət edəcək. Proqnozlar bu ticarətin hətta münasib olduğunu da göstərir. Çox tezliklə biz biləcəyik Türkiyə öz sükutunu nəyin qarşılığında davam etdirəcək. Və ya sükut yerinə vəliəhd şahzadəni məzara göməcək, ABŞ lideri Tramp və onun tərəfdarlarını isə ciddi təzyiqlərə məruz qoya biləcək informasiya bombasını partladacaqm?"

Bu arada, Beynəlxalq Əfv Təşkilatının (BƏT) Yaxın Şərq və Şimali Afrika ofisinin direktoru Heba Morayef də Qaşıqçı işinə görə Səudiyyə Ərəbistanı hökumətini ittiham edib.

Qeyd edək ki, Camal Qaşıqçı işində daha əvvəl də vəliəhd şahzadə Salmanın adının hallandığı və onunla çox da yaxşı münasibətlərinin olmadığı diqqətə çatdırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar