Xəbər lenti
Amerikalı tələbə qız İsrailə qarşı çıxdığına görə həbs edildi -RƏZALƏT...
Israilə qarşı boykot hərəkatını dəstəklədiyinə görə Fələstin mənşəli amerikalı tələbə həbsə məruz qalıb.
Manevr.az moderator.az-a istinadən bildirir ki, “Əl-Cəzirə”(“Al Jazeera”) telekanalının yaydığı məlumatda deyilir ki, 22 yaşlı Lara Əl-Qasem Ben Qurion beynəlxalq hava limanında saxlanılıb və bir həftədən çox müddətdə orada saxlanılıb. ABŞ-ın Florida ştatından və Florida Universitetinin məzunu olan qız İsrailə Qüdsdəki Yəhudi Universitetində magistratura proqramını keçmək üçün gəlib. Tələbə qızın vizası da olub və universitet isə onu qeydiyyatdan keçirib. Hətta Yəhudi Universitetinin rəhbərliyi də hakimiyyəti tələbənin həbsdən buraxılması və magistraturada təhsil almasının təmin edilməsinə çağırmasına baxmayaraq cümə axşamı Lara məhkəmə qarşısına çıxarılıb və barəsində cəza təyin ediləcək günə qədər həbsdə qalması qərarı verilib.
Bununla belə, amerikalı qız barədə hökmün veriləcəyi tarix də müəyyənləşdirilməyib. İnsan hüquqları müdafiəçiləri İsrail hakimiyyətinin fələstinli tələbəyə qarşı münasibətindən hiddətləbilər. Bu, İsrailin boykotu ilə bağlı edilən ən uzunmüddətli həbsdir.
İsrail hökumətinin nümayəndəsi Gilad Erdan bəyan edib ki, hakimiyyət yalnız amerikalı tələbənin İsrailin boykotunu ictimai şəkildə qınadığı təqdirdə onun barəsindəki həbs qətiimkan tədbirini dəyişə və cəzasını yüngülləşdirə bilər.
Qeyd edək ki, Fələstin torpaqlarında İsrail işğalına son qoyulması məqsədilə yaradılan Boykot, Təcrid, Sanksiyalar Hərəkatı beynəlxalq aləmdə İsrailin iqtisadi, elmi, mədəni və siyasi baxımdan boykot edilməsinə xidmət edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar