Xəbər lenti
Türkiyə addım-addım MÜHARİBƏYƏ DOĞRU: Ərdoğan hədəfi BƏYAN ETDİ
Suriyada Fəratın şərqində terror yuvalarını darmadağın edəcəyik.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada keçirilən hərbi mərasimdə bildirib.
"Terror təşkilatına görünməmiş zərbələr vurulur. Sərhədlərimizdən kənarda terrorçular rahat yata bilmirlər, bilirlər ki, qəfil gələ bilərik. Fəratın şərqindəki terror yuvalarını da darmadağın edəcəyik", - prezident deyib.
Türkiyə Fəratın şərqində olan Münbiçin PYD-dən təmizlənməsi ilə bağlı razılığa gəlsə də, ABŞ Fəratın şərqində kürd qruplaşmalarına dəstəyini davam etdirir. Hazırda Fəratın şərqində - Türkiyə ilə sərhəddə yerləşən böyük ərazilər PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindədir. Türkiyə rəhbərliyi buranın terror təşkilatından təmizləməkdə israrlı olduğunu dəfələrlə bəyan edib.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, Türkiyənin Suriyada əməliyyat sahəsini genişləndirməsi yekunda ABŞ-Türkiyə hərbi qarşıdurması ilə nəticələnə bilər. Məsələn, bir müddət əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, "Soufan Group" adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan "Nyu York Tayms" nəşrinə deyib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq.
Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.
"Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu, isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq", - o bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar