Xəbər lenti
Bu gün Beynəlxalq Qızlar Günüdür
Oktyabrın 11-i Beynəlxalq Qızlar Günüdür.
Manevr.az xəbər verir ki, BMT Baş Məclisi bu tarixi dünya ictimaiyyətinin diqqətini qızların hüquqlarına və onların qarşılarına çıxan özünəməxsus problemlərə cəlb etmək məqsədilə təsis edib. İlk dəfə 2012-ci ildə qeyd edilən Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nikahlarına həsr olunub.
Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha daxil olub. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edirlər. Bu cür qızların imkanları son dərəcə məhdudlaşdırılır, lakin zorakılığa məruz qalmaq və yoldan çıxarılma halları bir neçə dəfə yüksəkdir.
Azərbaycanda qadın hüquqları qanunvericilikdə təsbit edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə vaxtaşırı monitorinqlər apararaq uşaqların məktəbdən yayındırılması faktlarını üzə çıxarır və bu cür halların qarşısını alır. Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar