Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il Almaniyaya nə qədər qaçqın gəlib?

Tarix: 10-10-2018 19:32     Baxış: 2187 A- / A+
Bu il Almaniyaya nə qədər qaçqın gəlib?

Bu ilin əvvəlindən Almaniyaya təqribən 100 min qaçqın gəlib.

Manevr.az sia-ya istinadən xəbər verir ki, AFR daxili işlər naziri Horst Zeyehofer bu məlumatı oktyabrın 10-da mühafizəkar XDİ/XSİ bloku fraksiyasının iclasında elan edib.

Adətən noyabr və dekabr aylarında Almaniyaya miqrant axını azalır. Buna görə DİN rəhbəri hesab edir ki, bu il miqrantların ümumi sayı 200 mini aşmayacaq.

Zeyehofer əvvəllər bu rəqəmi hədəf göstəricisi adlandırır və deyirdi ki, “bu, bizim gücümüz xaricindədir” və belə hallarda “inteqrasiya köməyə gələcək”. Nazir deyirdi: “Hesab edirəm ki, bu həddin hər hansı şəkildə aşılması ifrat yük olacaq”. Zeyehofer hələ iyun ayında ehtiyatla söyləyirdi ki, “böyük koalisiya” tərəfindən miqrantların sayı üçün oriyentir kimi göstərilən 180-220 min rəqəmi “əslində daha çox ola bilər”.

Parlamentdə Sollar partiyası fraksiyasının daxili siyasət üzrə eksperti Ulla Yelpke nazir tərəfindən bu cür söhbətləri “araqızışdırma” adlandırırdı.

Sentyabrın ortalarında 376 nəfər aktyor, rejissor, jurnalist, alim, rəssam və musiqiçi, o cümlədən Berlin Kinofestivalının rəhbəri Diter Kosslik, rejissor Eberhard Keler, yazıçı Tereziya Mora və başqaları Zeyehoferi istefaya göndərməyə çağıran məktubu imzalayıblar. Bu məktubu imzalayanların sözlərinə görə, nazir “immiqrant mənşəli 18,6 milyon nəfəri girov götürüb və onları problemlərin mənbəyi elan edib”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar