Xəbər lenti
Avstriya və Almaniya bozqurd işarəsini qadağan edir

Avstriya və Almaniyada bozqurd işarəsi qadağan edilə bilər.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, millət vəkili Kristof de Vries Almaniya mətbuatına açıqlamasında "Faşizmin hər növü insanlıq əleyhinə və liberal cəmiyyətimizə təhlükədir", deyib.
Türk əsilli millət vəkili Sevim Dağdələn də bəzi siyasətçilərin Hitler salamına bənzədilən bozqurd işarəsini radikal sağçıların simvolu adlandırıb və konstitusiya əleyhinə olduğunu vurğulayıb.
Qeyd edək ki, Avstriya xarici işlər naziri Herbert Kickl radikal sağçılarla mübarizə məqsədilə bozqurd, zəfər, rabiyə və s. işarələrin qadağan ediləcəyini açıqlamışdı. Qanun qüvvəyə minəndən sonra bu işarələrdən istifadə edənlərə 4-10 min avro pul cəzası veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































