Xəbər lenti
Gizlədilmiş 10 fakt: 2018-ci ildə Ermənistan ordusu nə qədər itki verib? - HESABAT
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ermənistan ordusunda ölümlə nəticələnən 44 hal baş verib.
Manevr.az ordu.az-a istinadən xəbər verir ki, hesabat Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəsmi mənbələrdən, KİV-lərdən, bəzi hallarda ölən hərbi qulluqçuların yaxınlarından əldə etdiyi məlumatlar əsasında hazırlanıb.
Hesabata görə, hazırda Ermənistan ordusunda 44 ölüm hadisəsi qeydə alınıb.
Qeyd edək ki, 44 ölüm hadisəsindən yalnız 34 hadisə barədə rəsmi və KİV-lərdən məlumat əldə etmək mümkün olub. Rəsmi məlumata görə, 34 hadisədən 27 hadisə hərbi xidmətlə bağlı olub, qalan 7 hadisə isə hərbi xidmətlə əlaqəli olmayıb.
Digər 10 hadisə barədə isə heç bir açıq mənbələrdən məlumat əldə etmək mümkün olmayıb. Məlumata görə, son 10 hadisə hərbi xidmətlə bağlı olub.
Baş vermiş hadislərdən 40 hadisənin baş vermə yeri barədə məlumat əldə etmək mümkün olub. Belə ki, 21 hadisə (47%) işğal altında olan Qarabağda, 19 hadisə isə (43%) Ermənistanda baş verib.
Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin yaydığı məlumata görə, statistikanı 2017-ci il ərzində baş verən hadisələrlə müqayisə etdikdə 2018-ci ildə atəşkəs rejimin pozulması 60% azalıb. İntihar halları 1%, öldürmə halları 1 % azalsa da, səhhətə gorə ölüm hadisələri 40% artıb. Avtoqəzalarda ölən erməni hərbi qulluqçuların sayı isə iki dəfə artıb.
Baş vermiş 31 hadisə barədə cinayət işi açılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar