Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

30 yaşlı jurnalist zorlanaraq qətlə yetirilib - FOTO

Tarix: 08-10-2018 08:53     Baxış: 2307 A- / A+
30 yaşlı jurnalist zorlanaraq qətlə yetirilib - FOTO


Bolqarıstanın Ruse şəhərində 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahildəki meşə zolağından tapılıb.

Manevr.az bildirir ki, hüquq-mühafizə orqanlarının fərziyyəsinə görə, teleaparıcı başından aldığı zərbə və boğulma nəticəsində dünyasını dəyişib, ölümündən öncə isə cinsi təcavüzə məruz qalıb.

Qadın jurnalistin meyitini yoldan keçən şəxs aşkar edib və dərhal bu barədə polisi məlumatlandırıb. Cəsədindən bir neçə metr aralıda Marinovanın şəxsi əşyaları olub, yaxınlıqda isə avtomobili park edilib. Asayiş keşikçiləri qadının mobil telefonunu və maşının açarlarını tapmayıblar.

İstintaq onun ölümü ilə bağlı bir neçə versiyanı, həmçinin peşəkar fəaliyyətini nəzərdən keçirir. Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırılması üzərində işləyib.

Eyni zamanda qətlin motivləri onun peşəsi ilə əlaqəli olmaya da bilər, çünki cinayət yeri yaxınlığında psixiatriya xəstəxanası var.

ATƏT-in azad mətbuat işləri üzrə rəhbəri Harlem Dezir artıq jurnalistin qətlinə münasibət bildirib. Təşkilatın press-relizində bildirilir ki, o, baş verənlərdən heyrət içindədir və cinayətin diqqətlə araşdırılmasını tələb edir./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar