Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İtkin düşdüyü deyilirdi, öldürüldüyü məlum oldu...

Tarix: 06-10-2018 18:50     Baxış: 3292 A- / A+
İtkin düşdüyü deyilirdi, öldürüldüyü məlum oldu...

Rusiyada iki il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub.

Manevr.az-ın report-a istinadən məlumatına görə, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlu 2016-cı ilin aprelin 23-də Rusiyanın İrkutsk şəhərində itkin düşüb.

Belə ki, 32 yaşlı azərbaycanlı evdən çıxaraq işlədiyi İrkutsk şəhərinin mərkəzi bazarına gedib və bir daha geri qayıtmyıb. Bir müddət əvvəl Rusiyanın hüquq-mühafizə orqanlarına Ramal Əliyevin digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi barədə məlumat daxil olub.

Mərhumun atasının bildirdiyinə görə, Əliyev Ramal İrkutsk şəhərində yerləşən mənzillərdən birində görüşəcəyi şəxs tərəfindən baş nahiyəsindən çəkiclə vurularaq qətlə yetirilib. Daha sonra meyit evdən çıxarılaraq şəhər kənarında qarın altında gizlədilib. DNK analizi nəticəsində tapılan meyitin Ramal Əliyevə məxsus olduğu aydınlaşıb.

Qətli törədən şəxs həbs olunub.

R.Əliyevin meyiti Azərbaycana gətirilib və Sabirabad rayonunun Minbaşı kəndində dəfn olunacaq.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar