Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kaliforniya qubernatoru ermənipərəst qanun layihəsinə veto qoydu!

Tarix: 03-10-2018 22:52     Baxış: 3275 A- / A+
Kaliforniya qubernatoru ermənipərəst qanun layihəsinə veto qoydu!

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun bu ştatın Dövlət Məclisinin "AB 1597" qanun layihəsinə veto qoyub. Sənəddə guya 1915-ci ildə türklər tərəfindən Osmanlı imperiyasının erməni əhalisinə qarşı “soyqırımı” törədilməsi haqqında ermənilərin ittihamları və iddiaları ilə razılaşmadığına görə Kaliforniya hökumətinin Türkiyə əleyhinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulurdu. Birləşmiş Ştatlar rəhbərliyinin rəsmi mövqeyinə görə, 1915-ci il hadisələri soyqırımı hesab edilmir və müvafiq olaraq, ABŞ-ın bütün ştatları federal hökumətin siyasətinə uyğun olaraq bu xarici siyasət xəttinə əməl etməlidirlər. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı və Avropa İnsan Hüquqları Məhkəməsi hesab edirlər ki, ermənilərin soyqırımı iddiaları sübut olunmuş fakt deyil.

“AB 1597” dövlətlərə qarşı tətbiq olunan tipik “boykot-divestisiya-sanksiyalar” tədbiridir. Ermənilər bu qanun layihəsindən istifadə edərək Kaliforniya dövlət qulluqçularının pensiya təminatı sistemini (CALPERS) və ştatın müəllimlərinin pensiya təminatı sistemini (STRS) Türkiyə Respublikasında yerləşən maliyyə vasitələrindən imtinaya məcbur etməyə çalışırdılar. “AB 1597” erməni lobbisinə Türkiyəni gəlirli sərmayə mənbəyi kimi qiymətləndirən Kaliforniya pensiya sərmayə orqanlarının fidutsiar (etibara əsaslanan) öhdəliklərini ələ keçirməyə imkan verəcəkdi. Kaliforniya ştatı Assambleyası hələ 2017-ci ilin iyununda mənşəcə erməni olan Assambleya üzvü Adrin Nazaryanın təqdim etdiyi qanun layihəsini qəbul edib. Məlum olduğu kimi, Amerika Erməni Milli Komitəsi və Erməni Gənclər Federasiyası (“Daşnaksutyun” partiyasının gənclər qolu) Kaliforniya ştatını Türkiyə hökumətinin nəzarət etdiyi maliyyə vasitələrindən gələn dövlət vəsaitindən məhrum etmək üçün uzun illərdir bu qanun layihəsini gündəliyə daxil etməyə çalışırdılar.(Azərtac)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar