Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ərəb şeyxlərinin həyat yoldaşları heç də qərb qadınlarından geri qalmırlar...

Tarix: 03-10-2018 19:38     Baxış: 3356 A- / A+
Ərəb şeyxlərinin həyat yoldaşları heç də qərb qadınlarından geri qalmırlar...

Qərbdə yaranan streotipə əsasən, Şərqin şahzadələri cəmiyyət içinə çadrada çıxır. Onların fəaliyyəti isə çox məhduddur.

Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, bu düşüncə həqiqətdən çox uzaqdır. Ərəb şeyxlərinin arvadları aktiv həyat tərzi sürür. Siyahını oxuculara təqdim edirik.

Dubay hökmdarının xanımı: Həya Bint Hüsseyn Əl-Məktum

Həya Dubay hökmdarı Şeyx Məhəmməd Əl-Məktumun ikinci arvadıdır. Həyanın damarlarından əsilzadə qanı axır. Onun atası İordaniya kralıdır. Həya Oksfordda təhsil alıb. Onun iki övladı var. İctimai işlə fəal məşğul olur. Onun layihələrindən biri İordaniyada aclığa qarşı mübarizə fondu qurmaq olub. Bundan əlavə Həyanı tez-tez at yarışlarında görmək olar. Dubay hökmdarının arvadı Avropa üslubunda geyinir, tədbirlərə qatılır və Yaxın Şərqin ən gözəl qadınlarından biridir.

Səudiyyə Ərəbistanı kraliçası Fatma Gülsüm Zohar


Kraliça haqqında məlumat çox azdır. Sadə ailədə anadan olub, Dubayda beynəlxalq kolleci bitirib, hüquqşünas peşəsinə yiyələnib. Ər-Riyadda kral Səud universitetini bitirib. Bu günə qədər də kralın diqqətini necə cəlb etdiyi sir olaraq qalıb. Kral Abdulla 30 dəfədən çox evlənib. Uzun illər Fatma haqqında məlumat olmayıb. Bir gün kraliça "Facebook"da özünə səhifə açıb və ingilis dilində yazmağa başlayıb.

Qətər əmirinin arvadı Moza bint Nasir əl-Misnəd


Qətərin keçmiş əmiri Həmad bin Xəlifə Əl-Taninin ikinci arvadıdır. Eyni zamanda Qətərin əmirinin anasıdır. Moza təkcə xeyriyyəçiliklə məşğul olmur, eyni zamanda siyasi həyatda da aktivdir. UNESCO-nun xüsusi səfiri, bir sıra dövlət və beynəlxalq vəzifələr sahibidir. Eyni zamanda Britaniya imperiyasının "Komandor-Dama" ünvanına da layiq görülüb.

Amma Moza əsasən dəb dünyasında məşhurdur. 7 uşaq anası ideal bədən quruluşuna və əla dəb seçiminə malikdir. Ölkəsinin adətlərinə sadiq qalan Moza ciddi üslubda geyinir amma dünya tendensiyasına ayaq uydurur.

İordaniya kraliçası Raniyə Əl-Abdulla


İordaniya kralı Abdulla ibn Əl-Hüseyn Əl-Haşiminin arvadı və İordaniya taxtının varisi şahzadə Hüseynin anasıdır. Raniyə Şərq krallığının ən məşhur qadını sayılır. O, Yaxın Şərqdə qadın hüquqları uğrunda aktiv mübarizə aparır. Onun fikrinə görə, qadınlar şirkətlərini əri və atasının icazəsi olmadan aça bilər, sahibkarlıqla məşğul ola bilərlər. Bundan başqa kraliça zamanla ənənəvi paltar üslubunun da dəyişməsinin tərəfdarıdır. Raniyə özü cins şalvar, köynək geyinir, kütlə içinə başı açıq çıxır. 2008-ci ildə Raniyə "Vanity Fair" jurnalına çəkilib. Bundan başqa İordaniya ordusunun polkovnikidir.

Səudiyyə Ərəbistanı şahzadəsi Əmirə əl-Tavil


Əmirəni Səudiyyə Ərəbistanında buntar və cəmiyyət ənənələrini sarsıdan şahzadə adlandırırlar. Bu isə şahzadəni qəti utandırmır. Şahzadəyə ərə gedənə qədər ABŞ-da Nyu-Heyven universitetində təhsil alıb. Beynəlxalq sürücülük vəsiqəsinə sahibdir, özü maşın sürür.

Bundan başqa, bir neçə il sonra Əmirə boşandı! Şahzadə deyir ki, əri ondan uşaq tələb edib, Əmirə isə özünü hələ ana rolunda görmədiyi üçün boşanıb. Bəziləri isə Əmirənin sonsuz olduğunu deyir. ,Şahzadə Əl-Valid ibn Talal Əl Səud boşandıqdan sonra evlənməyib. Amma Əmirə ilə tez-tez görüşür. Onlar dost kimi qalıblar və xeyriyyə işi ilə məşğul olurlar.

Şahzadə hazırda bütün dünyada və Səudiyyə Ərəbistanında humanitar problemlərlə maraqlanır. Onun bu sahədə fəaliyyət göstərən fondu var. Dünyanın 70-dən çox ölkəsinə səfər edib.

Eyni zamanda Səudiyyə qadınlarının təhsilinin yaxşılaşdırılması ilə də məşğul olur. Əmirə Edinburq hersoqu, şahzadə Filiplə birlikdə İslam Tədqiqatlar Mərkəzi açıb. Bu mərkəz Kembric universiteti yanında fəaliyyət göstərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar