Xəbər lenti
ABŞ-dan MÜHARİBƏ ELANI: Rusiya blokadaya alınır və… - QORXUNC SSENARİ
“Rusiyanı dəniz blokadasına almaq üçün ABŞ-da imkan yoxdur. Çünki belə cəhdə təşəbbüs edilərsə, onda faktiki olaraq Rusiyaya müharibə elan etmək lazım olacaq”.
Publika.az RBK agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın daxili işlər naziri Rayan Zinkenin bəyanatını şərh edən Rusiyanın Federasiya Şurasının üzvü Sergey Sekov deyib.
Onun sözlərinə görə, Rusiyanı dənizdən blokadaya almaq cəhdi artıq sanksiyalarla müqayisə edilə bilməz, bu, daha ciddi məsələdir. Senator qeyd edib ki, Yaxın Şərq ölkələri Rusiya enerjidaşıyıcılarına ehtiyac duymur, çünki onların özlərinin neft və qaz ehtiyatları var.
Xatırladaq ki, Rayan Zinke Yaxın Şərq ölkələrinə enerjidaşıyıcıların çatdırılması üzərində nəzarətin Moskvaya verilməməsi üçün ABŞ-ın Rusiyanın dəniz blokadasını təşkil edə biləcəyini bildirib. Nazirin fikrincə, Birləşmiş Ştatlar dəniz yollarının açıqlığını izləməyə və zəruri olduqda onları bloklamağa qadirdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar