Xəbər lenti
Dostlarıyla mərcləşdi- Sevgilisini öldürdü
15 yaşlı Coşua Devis həmyaşıdı olan sevgilisi Rebekka Aylvordu amansızcasına qətlə yetirib.
Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, o bu addımı dostlarıyla mərcləşdiyi üçün atıb. Belə ki, o, dostları ilə sevgilisini öldürə biləcəyinə dair mərc edib. Dostları Coşuaya bunun qarşılığında sevdiyi kafedə böyük səhər yeməyi vəd edib. Yeniyetmələr qətlin hansı üsulla həyata keçiriləcəyini də müzakirə ediblər. Variantlar arasında qızı zəhərləyərək öldürmək və ya qayadan aşağı atmaq da olub.
Cinayətdən 2 gün öncə Coşua Rebekkanı görüşə çağırıb. Bundan sonra dostuna mesaj yazan gənc “heç nə demə, amma mənim səhər yeməyimi ödəməyə hazırlaş” deyə qeyd edib. Qısa müddət öncə sevgilisindən ayrılan Rebekka ondan gələn bu dəvəti həyəcanla qarşılayıb. Hətta qız görüş üçün yeni geyim də alıb.
Rebekkanı meşəlik əraziyə aparan Coşua onun başına daşla ölümcül zərbələr endirib. Qızın meyiti bir gün sonra aşkarlanıb. Sakitcə evə yollanan qatil dostlarıyla görüşüb cinayətin təfərrüatlarını danışıb.
Saxlanılan cani öncə hər şeyi inkar edib və cinayət yerinə apararaq etdiyi əməllə öyündüyü dostunu qətldə ittiham edib.
Buna baxmayaraq, məhkəmə Coşua Devisi 14 illik həbs cəzasına məhkum edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar