Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Başını kəsdiyi adamlarla şəkil çəkdirən məşhur CƏLLAD ələ keçdi - FOTO

Tarix: 23-09-2018 12:33     Baxış: 3316 A- / A+
Başını kəsdiyi adamlarla şəkil çəkdirən məşhur CƏLLAD ələ keçdi - FOTO


Suriyada qanlı cinayətlər törətmiş terror təşkilatı İŞİD-in məşhur cəlladlarından biri Türkiyədə xəstəxanada tutulub.


Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Hələb sakini olan və yeniyetmə yaşlarından İŞİD-ə qoşulan Ahmed İsa adlı terrorçu Adana xəstəxanasında müalicə olunarkən saxlanılıb. Məlum olub ki, Suriyadakı döyüş əməliyyatları vaxtı ağır yaralanan və Kilisdən Türkiyəyə keçən terrorçu burada ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada müalicə olunduğu müddətdə onun kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Nəhayət Türkiyə hüquq-mühafizə orqanları bir ayağı amputasiya edilmiş şəxsin İŞİD-in məşhur cəlladı olan Ahmed İsa olduğunu müəyyən edib.

İŞİD sıralarında döyüşərkən "Əbu Eyyub" və ya "Azuz Habbuş" kod adlarından istifadə edən terrorçunun xeyli müddət əvvəl Türkiyəyə keçdiyi üzə çıxıb. Onun telefonunda aparılan araşdırma zamanı xeyli başı kəsilmiş, dəmir barmaqlıqlardan asılmış insan fotoları tapılıb. Bəzi fotolarda o, öldürdüyü şəxslərin cəsədləri qarşısında əlində avtomatlı formada görünür.
Artıq A.İsa həbs edilib. Onun başına 100 min dollarlıq mükafat qoyulduğu bildirilir.
Başını kəsdiyi adamlarla şəkil çəkdirən məşhur CƏLLAD ələ keçdi - FOTO

Başını kəsdiyi adamlarla şəkil çəkdirən məşhur CƏLLAD ələ keçdi - FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar