Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq

Tarix: 23-09-2018 09:34     Baxış: 3282 A- / A+
Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq


Bu gün Ermənistanda İrəvan meri seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bu seçkilərdə əsas rəqabətin Çarukyan fraksiyasının deputatı, Çiçəklənən Ermənistan Partiyasının namizədi Naira Zöhrabyan ilə Mənim Addımım Blokunun namizədi Hayk Marutyunyan arasında keçəcəyi ehtimal olunur.

Bu barədə Axar.az-a açıqlama verən politoloq Ehtiram Aşırlı bildirib ki, Naira Zöhrabyanın seçkilərdə qalib gələ biləcəyi ehtimalı yüksəkdir. Belə ki, Zöhrabyan Ermənistanda populyardır:

“O, ölkədəki reytinqinə görə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı da geridə qoyur. Bundan əlavə, N.Zöhrabyan Post-patrul alayının binasını tutan və keçmiş hakimiyyətə qarşı mübarizə aparan “Sasna Çrer” silahlı qruplaşmasının üzvlərinin azadlığa buraxılması uğrunda aktiv mübarizə aparıb. O, həmçinin sadə insanların tullantıların toplanmasından sosial problemlərinədək mövcud çətinliklərinin həlli istiqamətində də aktivlik göstərib. Son olaraq, onun Hayk Marutyunyanın bu seçkiləri “ağ” və “qara”ların mübarizəsi” adlandırmasını ilk tənqid edənlərdən biri olması nüfuzuna müsbət təsir edib”.

Politoloqun fikrincə, N.Zöhrabyan siyasi təcrübə baxımından da rəqibini üstələyir:

“Ondan fərqli olaraq, Hayk Marutyunyanın siyasi təcrübəsi demək olar ki, yox dərəcəsindədir. Lakin onun seçkilərdəki üstünlüyü "məxməri inqilabı"nı qələbə ilə başa vuran və hazırda Ermənistan baş naziri olan Nikol Paşinyanın ona dəstək verərək seçki kampaniyalarında çıxış etməsidir. Bu da öz növbəsində N.Paşinyanı dəstəkləyənlərin H.Marutyunyana səs verəcəyi deməkdir. H.Marutyunyan Ermənistanda tanınmış aktyordur və tanınır. Ancaq bu ona N.Zöhrabyana qalib gəlməsi üçün kifayət etmir”.

E.Aşırlı vurğulayıb ki, Ermənistan Respublikaçılar Partiyasının bu seçkilərdə namizəd irəli sürməməsi vacib məqamdır:

“Ancaq Respublikaçılar Partiyasının Çiçəklənən Ermənistanın namizədini dəstəkləyəcəyini ehtimal etmək olar. Çünki bu yaxınlarda erməni iş adamı Qagik Çarukyan ilə eks-prezident Serj Sərkisyan arasında görüş baş tutmuşdu və görüşdə Respublikaçılar Partiyasının N.Zöhrabyanı dəstəkləməsu barədə gizli bir razılığa gəlindiyini ehtimal etmək mümkündür. Dairə və məntəqələrdə Respublikaçılar Partiyasının nümayəndələrinin sədr kimi çoxluq təşkil etdiyini nəzərə alsaq, bu dəstək həlledici ola bilər”.

Politoloqun sözlərinə görə, bu, Paşinyanın hakimiyyətə gəlməsindən sonra ilk seçkisidir:

“Doğrudur, Paşinyan namizəd irəli sürmədi, ancaq Marutyunyanı açıq şəkildə dəstəklədi və hətta seçki kampaniyasına qatıldı. Buna görə də Paşinyan Marutyunyanın qalib gəlməsi üçün hər şey edəcək. Bu, həm də onun imicidir, çünki mer seçkisini uduzması Paşinyanın aldığı ilk açıq zərbə olacaq. Belə görünür ki, bu gün çox ciddi mübarizənin şahidi ola bilərik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar