Xəbər lenti
4 uyğur uşağı müsəlman valideynlərindən ayırıb yetimxanaya yolladılar - RƏZALƏT...
Uyğur müsəlman qadın Meripet hər sabah soyuq tər içində oyanır – onun üçün ən pis kabus bir az əvvəl gerçək olub. Ana və ataları sağ olmasına baxmayaraq Çin hökumət orqanları bu qadının 4 uşağını yetim kimi kimsəsiz uşaqlar üçün sığınacağa yerləşdirib.
Moderator.az xəbər verir ki, bu ağrılı həyat hekayətini “KVOA” nəşri dərc edib.
Meripet və həyat yoldaşı övladlarını Çində nənələrinin yanında qoyub qadının ağır xəstə atasına yardım etmək üçün Türkiyəyə gediblər. Elə həmin vaxtlar Çin hökuməti uyğur müsəlmanlarını kütləvi şəkildə "siyasi yenidən tərbiyə " düşərgələrinə doldurmağa başlayıb. Meripetin qayınanasını da belə bir düşərgəyə aparıblar. Dörd uşağın yeganə qəyyumu nənə olduğu üçün 3- 8 yaşlı uşaqların hamısı yetimxanaya yerləşdirilib.
Eyni zamanda Meripet və ərini də eyni qədər gözləyindən onlar Türkiyədən Çinə qayıda bilmirlər. Müsəlman ölkələrindən gələn bütün uyğurlar Sintzyandakı düşərgələrə yerləşdirilir.
Uyğur müsəlman qadın bir il yarım görmədiyi övladlarının foto-şəkillərinə baxaraq ağlayır: "Mənim uşaqlarım sanki həbsxanadadır, dörd övladımı məndən ayırıblar və onlar yetim kimi yaşayırlar...".
Sintzyanda ötən il ərzində valideynlərinin həbsi nəticəsində himayədən məhrum olmuş uşaqlar üçün onlarla sığınacaq tikilib. "Dil məktəbləri" adlanan bu sığınacaqlarda uyğur uşaqları Çin dilində (“mandarin” şivəsində) öyrədilir və öz ana dillərində ünsiyyətə görə cəzalandırırlar...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar