Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın keçmiş prezidentləri bayram tədbirlərinə dəvəti qəbul etməyiblər

Tarix: 21-09-2018 19:52     Baxış: 2186 A- / A+
Ermənistanın keçmiş prezidentləri bayram tədbirlərinə dəvəti qəbul etməyiblər

Ermənistanın baş nazirinin dəvətinə baxmayaraq, keçmiş prezidentlərdən heç biri ölkənin müstəqilliyi ilə bağlı bayram tədbirlərinə qatılmayacaqlar.

Manevr.az report-a istinadən xəbər verir ki, onlar bunu müxtəlif səbəblərə izah ediblər.

Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, ikinci prezident siyasi təqibə məruz qalır: "Ona görə də hesab edirəm ki, bu dəvət hökumət tərəfindən yaltaqlıqdır".

Ofisi Serj Sarsyanın tədbirlərə qatılmayacağına şərh verməyib. Onun başçılıq etdiyi Respublikaçılar Partiyası da məsələyə münasibət bildirməyib. Hesab edirlər ki, Sarqsyan baş verənlərin hamısını sükutla qarşılamaq taktikasını seçib.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ofisi də iştirak etməməklə bağlı məsələyə şərh verməyib.

Qeyd edək ki, sentyabrın 17-də Ermənistan hökuməti aparatının başçısı Eduard Ağacanyan "Azatyun"a ("Azadlıq" radiosunun erməni dilində redaksiyası) müsahibəsində Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanın müstəqillik günü ilə bağlı bayram tədbirinə dəvət ediləcəklərini demişdi. Sentyabrın 21-də Yerevanda və başqa şəhərlərdə bayram tədbirləri keçiriləcək.

Xatırladaq ki, Ermənistanda müstəqillik rəsmi olaraq 1991-ci il sentyabrın 23-də elan olunub. Sentyabrın 21-də isə müstəqilliklə bağlı referendum keçirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar