Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Avstraliyada meyvələrə iynə sancan yeniyetmə həbs edilib

Tarix: 20-09-2018 06:59     Baxış: 2239 A- / A+
Avstraliyada meyvələrə iynə sancan yeniyetmə həbs edilib

Avstraliya polisi çiyələklərə iynə sancdığını etiraf edən yeniyetməni həbs edib. Meyvələrin içərisində aşkar edilən iynələr son günlər ölkədə böyük hay-küyə səbəb olmuşdu. Azərtac xəbər verir ki, Yeni Cənubi Uels ştatı polis komissarının köməkçisi Stüart Smitin bildirdiyinə görə, yeniyetmə çiyələklərə iynəni əyləncə məqsədilə taxdığını etiraf edib.

“Biz əyləncə məqsədilə bir çox oyunlardan çıxdığını, o cümlədən çiyələklərə iynə sancdığını etiraf edən yeniyetmə oğlanı tapmışıq, onunla yeniyetmələrlə işləyən polis məşğul olacaq”, - deyə S.Smit bildirib.
Çiyələkdə iynə tapılması ilə əlaqədar hadisə ilk dəfə Kvinslend ştatında qeydə alınıb. Sonrakı günlərdə digər ştatlarda da sakinlər belə hallarla qarşılaşıblar. Eyni zamanda, alıcılar alma və bananda da aşkar edilən kəskin metal cisimlər barədə məlumat veriblər. Meyvələrdəki iynələrdən xəsarət alanların dəqiq sayı barədə məlumat yoxdur. Hakimiyyət orqanları daxil olan 100-ə yaxın şikayət barədə məlumat yayıb. Bu hadisə həm alıcıların, həm də istehsalçıların narahatçılığına səbəb olub.
Kvinslendin hakimiyyət orqanlarının bildirdiyinə görə, Rusiya və Böyük Britaniyadakı bəzi tərəfdaşlar Avstraliyadan çiyələk almaqdan imtina ediblər, Yeni Zelandiya isə Avstraliya çiyələyinin bütün supermarketlərdən çıxarılacağını bəyan edib. Avstraliyanın hakimiyyət orqanları ixraca gedən çiyələyə nəzarəti gücləndirmək məqsədilə əlavə tədbirlər görüb.
Avstraliyalı siyasətçilərin əksəriyyəti və sosial şəbəkə istifadəçiləri ölkənin meyvə sənayesinin müdafiəsinə qalxıblar. Onlar alıcıları fermerləri dəstəkləməyə və meyvə almaqdan imtina etməməyə çağırıblar. Təklif olunub ki, meyvələri qəbul etməzdən əvvəl onları mütləq kəsmək lazımdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar