Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Daha bir azərbaycanlı İsveçdə deputat seçildi

Tarix: 19-09-2018 14:22     Baxış: 3181 A- / A+
Daha bir azərbaycanlı İsveçdə deputat seçildi


İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib.


Manevr.az xəbər verir ki, bu barədə məlumatı milli.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçın ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyini verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Məlumat üçün qeyd edək ki, Jönköpinq şəhərinin 145000 əhalisi var. Jönköpinq region, yəni əyalət 13 bələdiyyəni əhatə edir və 350000 əhalisi var. Jönköpinq region (əyalət) parlamentində 81 nəfər deputat var və İradə Əliyeva onlardan biridir. Builki seçkilərdə yenidən namizədliyini verib və Jönköpinq region (əyalət) parlamentinə deputat seçilib.

Hal-hazırda seçkilərdən sonra müxtəlif komissiya və idarə heyətlərinə üzvlərin seçilməsi prosesi davam edir və təxminən noyabr ayının axırlarında hansı komissiya və idarə heyətlərinə daxil olduğu bilənəcək. İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi (konsult) şirkəti var. 2013-cü ildən özü bir qadın cəmiyyəti yaradıb. Bu cəmiyyət müxtəlif millətlərdən olan qadınlar üzvdür. Cəmiyyətin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır.

P.S. O, əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı var: 20 yaşında qızı, 13 yaşında oğlu. Qızı da siyasətlə maraqlanır və builki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun mühəndis-iqtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar