Xəbər lenti
"60 yaşlı kişi 20 yaşlı qızla evlənmək istəyir"- Sığınacaqda vəziyyət
Suriyada illərdir davam edən vətəndaş müharibəsi milyonlarla suriyalını yerindən-yurdundan edib. Bu savaşın ən böyük yükünü isə həyat yoldaşlarını, ailə üzvlərini müharibədə itirmiş qadınlar çəkir. Uşaqları ilə Türkiyə sərhədlərinə keçən qadınlar sığınacağda (dərnək) yerləşiblər.
Manevr.az xəbər verir ki, Fateh bölgəsində yerləşən "Dəməşq Yetim Cəmiyyətinə" məxsus 5 mərtəbəli binada Suriyada həyat yoldaşlarını itirmiş 11 qadın ilə 29 yetim uşaq yaşayır. Qadınların ən böyük sıxıntısı yaşadıqları yerdə onlara qarşı olan ayrı-seçkilik və təcrid olmadır. Sığınacaq yaxınlığında parka uşaqlarını aparan suriyalı qadınlar deyir ki, yerli sakinlər bizi oradan uzaqlaşdırmağa çalışır:
"Bizə deyirlər ki, sizin uşaqların əlindən, uşaqlarımızı parka apara bilmirik. Öz ölkənizə qayıdın".
Sığınacaqda qalan Ayşat adlı qadının 3 və 7 yaşlarında iki uşağı var. 1 il əvvəl bu sığınacağa yerləşdirilib. Müharibədən sonra öz ölkəsinə qayıtmaq istədiyini deyən qadın "Zeytun Budağı" əməliyyatının sonlanmasını gözləsə də hələ də Suriyaya qayıda bilməyib.
"Ən azından evim olar"
Bu qadınlar uşaqlarına və özlərinə bir ev qurmaq üçün Türk kişilərlə imam nigahına girməyi qəbul edirlər. Evlilik onlar üçün yaşadıqları bu çətin həyatdan xilas olmaq üçün tək yoldur. 5 və 4 yaşlarında 2 uşaq anası olan Samar adlı qadın Ankaraya gedib orada bir türk kişi ilə evlənəcəyini deyir:
"Ankarada qardaşım qalır. Evlənəcəyim adamı mənə o tapıb. Bu adamla evlən dedi və mən də qəbul etdim. Rəsmi nikah da bağlanacaq. Evləndikdən sonra, ən azından uşaqlarımla yaşayacağam bir evim olar. Burada başqa cür rahat yaşaya bilmirik".
"60 yaşlı kişi 20 yaşlı qadınla evlənmək istəyir"
Sığınacaqda çalışanlardan biri deyir ki, burada yalnız qadınların qaldığını öyrənən kişilərin əksəriyyəti bura gəlib gənc qızlarla evlənmək istədiklərini deyirlər:
"Qadınlarla evli kişilər də maraqlanır. Onlar daha çox gənc qızlarla - 20-25 yaş qızlarla evlənmək istəyir. Onları həyat yoldaşları ilə eyni evdə saxlamaq və hər ay 275 AZN məbləğındə pul ödəyəcəklərini deyirlər. Sonuncu dəfə 60 yaşlı bir din xadimi 20 yaşlı qızla evlənmək üçün müraciət etmişdi. Nə üçün türk qadınları yox, məhz suriyalılar soruşanda isə onların nikah istəmədiklərini deyirlər". (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar