Xəbər lenti
Terrorçu PKK-dan ərəblərə qarşı təhdid: Zorla döyüşə göndərirlər
Suriyanın şimal-şərqində qərarlaşan PKK-PYD terrorçuları yerli ərəb gənclərini “səfərbərliyə alır”.
Manevr.az-ın yenicag.ru-ya istinadən məlumatına görə, terrorçu PKK-PYD rəhbərləri Rakka şəhərindəki ərəb gəncləri məcburi qaydada İraqla sərhəddəki Deyr-əs-Zor məntəqəsində İŞİD-ə qarşı hücuma cəlb edirlər.
Qeyd olunur ki, PKK İŞİD-ə qarşı hücum əməliyyatlarına sentyabrın 11-də, ABŞ və Fransanın dəstəyi ilə başlayıb. Kürdlər bununla İŞİD-in nəzarətində olan sonuncu ərazini də öz əllərinə keçirməyə çalışırlar.
Məlumata görə, Deyr-əs-Zorda artıq bir həftədir davam edən hərbi əməliyyatlar nəticəsində PKK-PYD-nin 200-dən çox terrorçusu məhv edilib. Yerli mənbələr bildirirlər ki, PKK rəhbərləri itkilərin yerini doldurmaq üçün Rakkadakı 200-ə qədər ərəb gənci zorla döyüşə cəlb edib.
ABŞ başda olmaqla NATO-dan hərtərəfli dəstək alan PKK-PYD terrorçuları hazırda Suriya ərazilərinin 28 faizini nəzarətə götürüblər. İŞİD isə Suriya ərazilərinin 3,3 faizini hələ ki əlində saxlayır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar