Xəbər lenti
111 yaşlı kişi hələ də məşq edir - FOTO
ABŞ vətəndaşı, 111 yaşlı Henri Tszenin gündəlik rejimi marağa səbəb olub.
Manevr.az trend-ə istinadən bildirir ki, Henri hər gün məşq zalına baş çəkir. O, səhərlər 30 dəqiqə trenajor zalında məşq etdikdən sonra yoqa ilə məşğul olur.
Henri belə məşqləri o qədər də çətin hesab etmir. O bildirir ki, 90 yaşında akrobatika ilə məşğul olurdu.
Henrinin qızı bildirib ki, atası həmişə sağlam həyat tərzi sürüb, həmişə idman edib, heç vaxt siqaret çəkməyib, spirtli içki qəbul etməyib.
O, qida rejiminə də daim nəzarət edib. Henri hər gün səhər 2 yumurta, yarım qreypfurt, banan, yağ və cem yeyir. Qəhvə və portağal şirəsi içir.
Naharda isə o, sevimli italyan, Çin və ya Meksika mətbəxindən yararlanır. Şam vaxtı isə şorba və ya yağsız qızardılmış ət yeyir. Henri hərdən şirin qidaların - keks və tortun da dadına baxır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar