Xəbər lenti
Rusiyanın göyərtəsində 14 hərbçi olan təyyarəsi Aralıq dənizində itib
Rusiyanın göyərtəsində 14 hərbçi olan "İl-20" təyyarəsi sentyabrın 17-si axşam saatlarında Aralıq dənizi hövzəsi üzərində itib.
Manevr.az "report"a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin xəbərinə istinadən RİA "Novosti" məlumat yayıb.
"Sentyabrın 17-si saat təqribən 23.00-da (Bakı vaxtı ilə 00:00-da) Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın "İl-20" təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib", - deyə məlumatda bildirilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə İsrailə məxsus dörd "F-16" təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib.
Həmçinin bildirilir ki, Rusiya hava məkanına nəzarət vasitələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb.
Qeyd olunur ki, Rusiyanın Xmeymim bazasının komandanlığı "İl-20" təyyarəsinin itməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı təşkil edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar