Xəbər lenti
"Koçaryan və Sarqsyan siyasi meyitdir" - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir.
Manevr.az bildirir ki, bunu o, Nor-Nork rayonunda seçiciləri ilə görüşündə deyib.
"Ermənistanda Robert Koçaryan adında siyasi amil yoxdur. Həm Serj Sarqsyan, həm də Robert Koçaryan və onların ətrafı siyasi meyitdirlər. Lakin bu, siyasi meyitlərin qanun qarşısında məsuliyyət daşımamaları anlamına gəlmir. Və bu, özlüyündə hər şeyi deyir", - o əlavə edib.
Ermənistan hökumətinin rəhbəri Koçaryanın bu yaxınlarda onun barəsində dediyi "Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq" sözlərini şərh edib.
"Cənab Koçaryan bununla siyasi prosesləri qavramaq səviyyəsini nümayiş etdirir. Bu, onlar üçün küçə davası deyil ki, döyülən tərəf gedərkən, "sən peşman olacaqsan!" desin", - deyə Paşinyan bildirib./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar