Xəbər lenti
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
Amerikanın nəhəng ət emalı şirkəti iş yerində namaz qılmaq istəkləri səbəbiylə Koloradodakı zavoddakı işlərindən azad edilmiş 138 müsəlmana böyük məbləğdə təzminat ödəyəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” (“New York Times”) qəzeti yazıb.
“Cargill Meat Solutions” şirkəti Somali mənşəli müsəlmanlara rəhbərlik tərəfindən qanunsuz olaraq işdən çıxarılmaları və dini səbəblərə görə ayrı-seçkilik edildiyi üçün 1,5 milyon dollar ödəyəcək. Ət istehsalçısı məhkəmə işindən və daha böyük məbləğdə təzminatdan qaçınmaq üçün işdən çıxarılmış fəhlələrlə mübahisəni sülh yolu ilə həll etməyə qərar verib.
2015-ci ilin dekabrında Koloradodakı zavodda çalışan onlarla müsəlman işçi rəhbərliyin fasilələr zamanı namaz qılmağa qadağa qoymasından sonra işə çıxmaqdan imtina ediblər. Daha sonra onlar “üzrsüz işə çıxmadıqlarına görə” müdiriyyət tərəfindən işdən azad ediliblər. Bu halda müsəlmanlar müvafiq orqanlara şikayət edib və hüquq müdafiəçilərinin məsələyə müdaxiləsi və səyləri sayəsində fəhlələrə təzminat ödənilib.
İndi fəhlələr öz aralarında danışırlar ki, zavod müdiri 1,5 milyon dollarlıq təzminatı ödəmək üçün şalvarını da çıxardıb satmalı olacaq...
Qeyd etmək lazımdır ki, Bərabər İmkanlar Komissiyası hər il ABŞ zəhmətkeşlərinin iddialarının yalnız kiçik bir hissəsi haqda ədalətli qərar qəbul edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar