Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ İranla əməkdaşlıq edən ölkələri hədələdi

Tarix: 15-09-2018 09:08     Baxış: 2219 A- / A+
ABŞ İranla əməkdaşlıq edən ölkələri hədələdi

ABŞ-ın Tehrana qarşı sanksiyalarının qüvvəyə minməsi bütün ölkələr üçün İranla iqtisadi tərəfdaşlığı köklü şəkildə dəyişəcək.

Manevr.az oxu.az-a istinadən bildirir ki, bunu brifinqdə ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.

İranın bank sektoru ilə əməkdaşlıq edəcəyi təqdirdə SWIFT ödəniş sisteminin rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyinə gəldikdə isə Pompeo bu məsələ ilə bağlı konkret qərardan xəbərsiz olduğunu desə də, noyabrın 1-dək hələ bir sıra qərarların qəbul ediləcəyini vurğulayıb.

Dövlət katibi qeyd edib ki, artıq bəzi ölkələr İranla iqtisadi əməkdaşlığı dayandırır. Onun sözlərinə görə, son tarix 4 noyabrdır.

Pompeo həmçinin sabiq dövlət katibi Con Kerrini İran hakimiyyəti ilə əlaqələrinə görə tənqid edib:

"Sabiq dövlət katibi dünyada terrorizmin ən böyük sponsoru ilə tərəfdaşlıq edir. ABŞ-ın tarixində belə presedent olmayıb. Kerri özünü bu cür aparmamalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar