Xəbər lenti
ABŞ-da gözlənilən qasırğa səbəbindən 1400-dək aviareys ləğv olunub

ABŞ-ın cənub-şərqində “Florens” qasırğasının yaxınlaşması səbəbindən 1,4 min aviareys ləğv olunub.
Manevr.az AzərTac-a istinadən xəbər verir ki, “USA Today” qəzetinin yaydığı məlumata görə, regionun sahil rayonlarında yerləşən hava limanlarının əksəriyyəti, o cümlədən Cənubi Karolina ştatının Çarlston və Şimali Karolina ştatının Uilminqton aeroportları bağlanıb. Həmin hava limanları sentyabrın 15-dək işləməyəcək.
Atlantik okeanında yaranan “Florens” qasırğası gücünə görə 5 ballıq Saffir-Simpson cədvəli üzrə ikinci kateqoriyayadək zəifləyib və saatda 27 kilometr sürətlə ABŞ-ın cənub-şərqinə yaxınlaşır. Onun sentyabrın 14-də Amerika sahillərinə çatacağı gözlənilir. Bu səbəbdən Virciniya, Merilend, Cənubi Karolina və Şimali Karolina ştatlarında, həmçinin ölkənin paytaxtı Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar